Cabulani - Wikipedia
Cabulani — FİFA Dünya Kuboku 2010-un rəsmi topu.
"Cabulani" bantu dilindən tərcümədə "bayram etmək" deməkdir. Bu top 2009-cu il dekabrın 4-də CAR-ın paytaxtı Keyptaunda göstərilib.
Cabulani topu termik işləmə ilə birləşdirilən 8 paneldən ibarətdir. O, ideal dairəvi olduğundan, indiyə kimi yaradılan ən dəqiq top sayılır.
Top 11 rəngə boyanıb. Bu, komandanın 11 oyunçusunu, CAR-ın 11 rəsmi dilini, ölkənin 11 tayfasını tərənnüm edir.
"Cabulani" hələ 2008-ci ildə İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları tərəfindən sınaqdan keçirilib. Top 5 dekabr 2009-cu ildən etibarən rəsmən satışa çıxarılır.
"Cabulani" topunu, Braziliyalı qapıçı Julio Cesar, İspan qapıçı İker Kasilyas, İtalyan futbolçu Giampaolo Pazzini kimi bir çox məşhur futbolçu və UEFA prezidenti Mişel Platini bəyənməmişdir.
Mənbə
redaktə- Dünya çempionatının rəsmi topu təqdim edildi. Arxivləşdirilib 2009-12-08 at the Wayback Machine