Cahangir Muslumzade - Wikipedia
Cahangir Mövsüm oğlu Müslümzadə (21 noyabr 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1985–1988), Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi (1978–1985).
Cahangir Müslümzadə | |
---|---|
14 dekabr 1985 – 16 mart 1988 | |
Əvvəlki | Şənlik Əliyev |
Sonrakı | Zülfü Hacıyev |
4 may 1978 – 16 dekabr 1985 | |
Əvvəlki | Vaqif Hüseynov |
Sonrakı | Sahib Ələkbərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1945 (79 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Həyatı
redaktəCahangir Mövsüm oğlu Müslümzadə 1945-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1971–1974-cü illərdə Azərbaycan SSR Rabitə Nazirliyinin Mətbuatı Yayan İdarəsində təlimatçı, Azərbaycan LKGİ 26 Bakı Komissarı Rayon Komitəsinin Komsomol təşkilatları şöbəsinin müdiri, komitənin katibi olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan LKGİ MK Komsomol təşkilatları şöbəsinin müdiri, Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir.[1]
Cahangir Müslümzadə 4 may 1978-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmiş[2] və 16 dekabr 1985-ci ilədək bu vəzifədə çalışmışdır.[3] Həmin dövrdə o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş, Sumqayıt hadisələri ilə əlaqədar olaraq 16 mart 1988-ci ildə vəzifəsindən azad olunmuşdur.[4]
1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Cahangir Müslümzadə IX, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd olmuşdur.[5]
Cahangir Müslümzadə sonralar Azərbaycan Birgə Müəssisələr və Beynəlxalq Birliklər Assosiasiyasının vitse-prezidenti olmuş, 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı seçilmişdir. Ali Sovetin Dövlət suverenliyi, xarici siyasət və xaricdə yaşayan soydaşlarla əlaqələr daimi komissiyasının[6] və Əfqanıstanda əsir düşmüş hərbi qulluqçuların — Azərbaycan Respublikası vətəndaşlarının işləri üzrə komissiyanın üzvü olmuşdur.[7]
İstinadlar
redaktə- ↑ Мүслүмзадә Ҹаһанҝир Мөвсүм оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 292.
- ↑ Азәрбајҹан комсомолунун мүбариз вәзифәләри: [Республика ЛКҜИ МК-нын пленуму] // Коммунист. № 106 (16846). 5 мај 1978-ҹи ил. С. 1.
- ↑ Республика комсомолунун мүбариз вәзифәләри: [Азәрбајҹан ЛКҜИ МК-нын пленуму] // Коммунист. № 290 (19861). 17 декабр 1985-ҹи ил. С. 1.
- ↑ Сумгајыт Шәһәр Партија Комитәсинин пленуму // Коммунист. № 64 (20532). 17 март 1988-ҹи ил. С. 2.
- ↑ Мүслүмзадә Ҹаһанҝир Мөвсүм оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 300.
- ↑ Азәрбајҹан Республикасы Али Советинин бир сыра даими комиссијаларынын тәркибиндә дәјишикликләр едилмәси һаггында Азәрбајҹан Республикасы Али Советинин Гәрары // Азәрбајҹан Республикасы Али Советинин мәлуматы. № 9–10. Бакы. 1991. С. 31–32.
- ↑ Әфганыстанда әсир дүшмүш һәрби гуллугчуларын — Азәрбајҹан Республикасы вәтәндашларынын ишләри үзрә комиссија јарадылмасы һаггында Азәрбајҹан Республикасы Али Советинин Гәрары // Азәрбајҹан Республикасы Али Советинин мәлуматы. № 14. Бакы. 1991. С. 48. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.