Cahit Arf - Wikipedia
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası[5] – 26 dekabr 1997[6], İstanbul[5]) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır.
Cahit Arf | |
---|---|
türk. Cahit Arf | |
Doğum tarixi | |
Doğum yeri | Saloniki, Osmanlı İmperiyası |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Bebek, İstanbul, Türkiyə |
Dəfn yeri | |
Milliyyəti | Türk |
Elm sahəsi | Riyaziyyatçı |
İş yerləri |
|
Alma-mater |
Paris Ali Normal Məktəbi Göttingen Universiteti |
Təhsili |
Orta Doğu Teknik Universiteti Berkli Kaliforniya Universiteti Perspektiv tədqiqatlar institutu İstanbul Universiteti |
Tanınır | Arf invarinatı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəCahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub.[7] Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.[8][9]
Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı.[9][10] 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı.[11] O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi. 1963-ci ildə şurasının təsisçi direktoru kimi xidmət edəndən sonra, İstanbulda Robert Kollecinin riyaziyyat kafedrasına qoşuldu. 1964-1966-cı illər ərzində Cahit Arf Prinstonda Perspektiv tədqiqatlar institutunda işlədi.[11] O, sonralar 1 il müddətində Berkli Kaliforniya Universitetidə qonaq müəllim kimi fəaliyyət göstərib.
Türkiyəyə sonuncu dəfə qayıtmasının ardınca, Orta Doğu Teknik Universitetinin riyaziyyat kafedrasına qoşuldu və 1980-ci ilə — təqaüdə çıxana qədər orada fəaliyyət göstərdi.[12] Arf riyaziyyat sahəsində verdiyi töhfələrə görə, bir neçə mükafata layiq görülüb. Bu mükafatlar arasında aşağıdakıları qeyd etmək olar: 1948-ci ildə İnönü mükafatı[13], 1974-cü ildə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Elm mükafatı,[13] 1994-cü ildə Akademik Palma ordeni (Fransa)[13]. Arf Mainz Akademiyası və Türkiyə Elmlər Akademiyasının üzvü idi. O 1985-ci ildən 1989-cu ilə qədər Türk Riyaziyyatçılar Cəmiyyətinin prezidenti olub.Arf 26 dekabr 1997-ci ildə 87 yaşında İstanbulda vəfat edib. Onun toplanmış əsərləri Türk Riyaziyyatçılar Cəmiyyəti tərəfindən 1988-ci ildə nəşr edilib.
Təsiri
redaktəÜmumilikdə elm sahəsinə və xüsusilə riyaziyyata Arfın təsiri dərin idi. Baxmayaraq ki, onun formal tələbələrinin sayı az idi, Türkiyə riyaziyyatçılarının əksəriyyəti karyerasının müəyyən dövründə onunla öz maraq sahələrində səmərəli müzakirələr aparıb və ondan kömək və stimul alıb.
O, Robert Lənqləndsin Türkiyəyə gəlməsinə kömək etmişdi. Bu vaxt ərzində Lənqlənds Artin L-funksiyalarının epsilon amilləri üzərində bəzi ağır hesablamaların həlli üzərində işləyib.
Arfın portreti 2009-cu ildə buraxılmış Türkiyənin 10 lirə əsginasının arxa tərəfində təsvir edilmişdir.[14]
Orta Doğu Teknik Universitetinin Riyaziyyat kafedrasında Arfın xatirəsinə hər il Cahit Arf mühazirəsi adlandırılan xüsusi mühazirə sessiyası təşkil olunur.[15]
Cahit Arf mühazirələri
redaktəOrta Doğu Teknik Universitetində təşkil olunmuş Cahit Arf mühazirələrinin məruzəçiləri və bağlı olduğu universitetlər
- 2013/14: Stenford Universitetindən Persi Diakonis
- 2012: Şimal-Qərb Universiteti və Berkli Kaliforniya Universitetindən Devid Nadler
- 2011: Oksford Universitetindən Conatan Pila
- 2010: Stoni Bruk Universiteti Həndəsə və Fizika üzrə Simons mərkəzindən Con Morqan
- 2009: Kembric Universitetindən Ben Qrin
- 2008: Bonn Universiteti və Riyaziyyat üzrə Maks Plank İnstitutundan Günter Harder
- 2007: Leyden Universitetindən Hendrik Lenstra
- 2006: De Frans Kollecindən Jan Pyer Serr
- 2005: Prinston Universiteti və Perspektiv tədqiqatlar institutundan Peter Sarnak
- 2004: Perspektiv tədqiqatlar institutundan Robert Lənqlənds
- 2003: Braun Universiteti Tətbiqi Riyaziyyat şöbəsindən Devid Mamford
- 2002: Utrext Universiteti / De Frans kollecindən Don Zagir
- 2001: Duysburq-Essen Universiteti Eksperimental Riyaziyyat İnstitutundan Gerhard Frey
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 https://arxiv.org/abs/1301.3699. S. 28.
- ↑ 1 2 https://arxiv.org/abs/1301.3699. S. 6.
- ↑ 1 2 3 4 https://arxiv.org/abs/1301.3699. S. 10.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #117707163 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ "Cahit Arf". turnbull.mcs.st-and.ac.uk (ingilis). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
- ↑ math.metu.edu.tr. "Cahit Arf" (ingilis). 2013-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
- ↑ 1 2 tcmb.gov.tr. "Ord.Prof.Dr. Cahit Arf" (PDF) (ingilis). 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 aprel 2016.
- ↑ www-groups.dcs.st-and.ac.uk. "Cahit Arf" (ingilis). 2015-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
- ↑ 1 2 biography-center.com. "Cahit Arf (1910 - 1997)" (ingilis). 2016-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
- ↑ biyografya.com. "Cahit Arf" (türk). 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
- ↑ 1 2 3 "A SCIENTIFIC BIOGRAPHY OF CAH˙IT ARF (1910-1997), SOME IMPORTANT DATES IN ARF'S LIFE" (PDF) (ingilis). 2021-05-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 aprel 2016.
- ↑ business-with-turkey.com. "Turkish Lira" (türk). 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
- ↑ users.metu.edu.tr. "HAYATI" (türk). İstifadə tarixi: 8 aprel 2016.[ölü keçid]
Xarici keçidlər
redaktə- Cahit Arf haqqında sənədli serial
- Tonta, Yaşar; Özkan Çelik, A. Esra., "Cahit Arf: Exploring His Scientific Influence Using Social Network Analysis, Author Co-citation Maps and Single Publication h Index", Journal of Scientometric Research, 2 (1), 2013: 37–51., 2016-04-19 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2016-04-08
- Cahid Arf Riyazi genealogiya layihəsində