Caspian Event Organisers - Wikipedia
Caspian Event Organisers (CEO) — şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqres təşkilatçısıdır. Şirkətin təşkilatçılığı ilə keçirilən tədbirlər arasında: ADEX, Caspian Agro, InterFood Azerbaijan, TransLogistica Caspian, Road&Traffic, Securex Caspian, Rebuild Karabakh, Medinex, Beauty Azerbaijan, Baku Book Fair, Fərqli Fərdlər yer alır[1][2][3].
Caspian Event Organisers | |
---|---|
ing. Caspian Event Organisers | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 2014-cü il |
Baş qərargahın yeri |
Azərbaycan, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 61 [1] |
Struktur | |
İşçi sayı | 30+ |
Rəhbərlik | |
Təsisçi | Fərid Məmmədov |
ceo.az |
Caspian Agro
redaktə"Caspian Agro" sərgisi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir[4][5].
InterFood Azerbaijan
redaktəDünyanın bir sıra ölkəsindən minlərlə peşəkar ziyarətçini qəbul edən "InterFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilmişdir. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır[4].
TransLogistica Caspian
redaktə"TransLogistica Caspian" sərgisi dəmir yolları, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.
Road&Traffic
redaktə"Road and Traffic" sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, eləcə də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Metropoliteni və bu sahə üzrə dövlət strukturlarının rəhbərləri ilə yanaşı, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.
ADEX
redaktəAzərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" — hərbi sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir. Sərgi iştirakçılara, Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək, məhsullarınızı birbaşa alıcılar, sifarişçi firmalar, nüfuzlu tövsiyə mənbələri və son istehlakçılar vasitəsi ilə sata bilmək üçün unikal imkan yaradır.
Həmçinin "ADEX" sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır[6][7].
Securex Caspian
redaktə"Securex Caspian" sərgisi beynəlxalq səviyyəli tədbirdir və hüquq-mühafizə orqanları, eləcə də sərhəd, xilasetmə və xüsusi təyinatlı xidmətlər üçün nəzərdə tutulmuş perspektiv texnika nümunələrinin, habelə inteqrasiya olunmuş təhlükəsizlik sistemləri və silahların nümayişi üçün ideal platformadır. Sərgi əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi üçün əlverişli şərait yaradır və dövlətdaxili, ictimai və vətəndaş təhlükəsizliyinin təmin olunması üzrə tətbiqi tapşırıqların həllinə kömək edir. Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edirlər[8].
Baku Book Fair
redaktəBakı Beynəlxalq Kitab Sərgisi çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin iştiraki ilə keçirilir. İştirakçılar Sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanırlar.
Rebuild Karabakh
redaktəRebuild Karabakh – Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgisidir. Sərgi bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platformasıdır. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək "Rebuild Karabakh" sərgisinin əsas məqsədləridir[9][10][11][12].
Medinex
redaktəAzərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və ən mühüm kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və sahə mütəxəssisləri görüş yeridir. Sərgi iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə etmişlər. İnnovasiyalara fokuslanmış format, dövlət səviyyəsində dəstək və geniş beynəlxalq tərkib sərginin uğurlu olmasının əsas səbəbi olmaqla yanaşı növbəti illər üçün gözəl perspektivlər vəd edir.
Beauty Azerbaijan
redaktə"Beauty Azerbaijan" — Azərbaycanda gözəllik industriyasını əhatə edən yeganə və ən mühüm kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və sahə mütəxəssisləri üçün görüş yeridir. Sərgi iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə etmişlər[13].
Fərqli Fərdlər
redaktəFərqli Fərdlər — fərqli inkişaf özəllikləri olan insanlara həsr olunmuş konqresdir. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil proqramları, könüllülük və təcrübə proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunur[14].
İstinadlar
redaktə- ↑ 1 2 "Companies info". eventseye.com. 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ "İlham Əliyev "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub". president.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Iteca Caspian, Caspian Event Organizers to host 24 exhibitions in 2019". azertag.az. 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ 1 2 "Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri başlayıb (FOTO)". trend.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ ""Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri başlayır". apa.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ "Bakıda "ADEX-2018" Azərbaycan Beynəlxalq müdafiə sərgisi başlayıb". report.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ "Azərbaycanda beynəlxalq müdafiə sərgisi keçiriləcək". report.az. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ "Securex Caspian 2022". worldexpo.pro. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ "Qarabağ Dirçəliş Fondu ilə "Caspian Event Organisers" MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb". azerbaijan-news.az. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Bakıda "Rebuild Karabakh" sərgisi başlayıb - FOTO". apa.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ ""Rebuild Karabakh" sərgisində "Karabakh Center" layihəsi təqdim olunub - FOTO". apa.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ "Azərbaycanda ilk dəfə "Rebuild Karabakh 2021" sərgisi keçiriləcək". report.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
- ↑ "Азербайджанская международная выставка "Индустрия красоты"". exponet.ru. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ "Bakıda "Fərqli Fərdlər" konqresi keçirilir". azertag.az. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
Xarici keçidlər
redaktə- ceo.az — Rəsmi saytı
- Rəsmi İnstagram səhifəsi