Cavad Agayev - Wikipedia
Cavad Ağayev (15 yanvar 2002, Xırdalan) — Azərbaycanı təmsil edən taekvondoçu.[1]
Cavad Ağayev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Cavad Ağayev | |||||||
Vətəndaşlığı | ||||||||
Doğum tarixi | 15 yanvar 2002 (22 yaş) | |||||||
Doğum yeri | ||||||||
İdman növü | Taekvondo | |||||||
Medallar
|
||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCavad Ağayev 2002-ci il yanvarın 15-də Xırdalan şəhərində anadan olub. 2017-ci ildən idmanla məşğul olur. Məşqçisi Samir Aydınlıdır.
Karyerası
redaktəCavad Ağayev 2018-ci ilin aprelində Tunisdə baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu.[2]
Cavad Ağayev 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cavad Ağayev 1/8 final mərhələsində Cənubi Sudan nümayəndəsi Stefen Kol Atemdən mübarizəsiz üstün oldu və 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə İran nümayəndəsi Həmid Əsgəri Mahiabadiyə 9:8 hesabı ilə qalib gələn Cavad Ağayev, yarım-final mərhələsində Cənubi Koreya nümayəndəsi Ço Von-Hi ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavad Ağayev rəqibinə 14:15 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[3]
İstinadlar
redaktə- ↑ Olimpiya dünyası qəzeti. "Buenos-Ayres 2018 — Yeniyetmələrin III Yay Olimpiya Oyunları" (PDF). www.olimpnews.az ( (az.)). 01.11.2022. Archived from the original on 2022-10-30. İstifadə tarixi: 01.11.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанский таэквондист выиграл молодежное первенство мира". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Азербайджанский таэквондист стал третьим на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.