Cavad Xan Turbesi - Wikipedia
Cavad xan türbəsi — Gəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığında yerləşən türbə.
Cavad xan türbəsi | |
---|---|
Cavad xan türbəsi | |
40°40′38″ şm. e. 46°21′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Şah Abbas meydanı |
Aidiyyatı | Gəncə xanlığı |
Memar | Məmməd İbrahimov |
Tikilmə tarixi | 2005 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | 5′3 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəHələ SSRİ dövründə məscidin həyətində fəvvarə inşa etmək məqsədilə aparıla qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və təcili qazıntılar dayandırılır.Ərazidən üstü ərəb dilində yazılmış baş daşı və məzar aşkarlanır.Yazıların oxunması məzarın Gəncə xanı Cavad xana aid olduğunu göstərir və məzar mərkəzin etiraz və maneələrinə baxmayaraq bərpa edilir. Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üsütndə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir.[1]
Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü gümbəzlə örtülmüşdür[2] Türbənin mərkəzində Cavad xanın məzarı durur.Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.[3]
Şəkillər
redaktə-
Cavad xan türbəsi,Şah Abbas meydanında,Şah Abbas məscidinin yaxınlığındadır
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azerbaijan- Land of Fire: Ganja and its monuments Arxivləşdirilib 2020-06-24 at the Wayback Machine portal.azertag.az
- ↑ Ganja makes history: Tomb of Javad Khan Arxivləşdirilib 2017-08-29 at the Wayback Machine ganca.org
- ↑ Symbol of Ganja Arxivləşdirilib 2020-09-21 at the Wayback Machine www.ganjanews.az