Cavid Ismayil - Wikipedia
Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini.
Cavid İsmayıl | |
---|---|
Cavid Əjdər oğlu İsmayıl | |
Doğum tarixi | 1 iyun 1972 (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əjdər İsmayılov |
Elm sahələri | iqtisadiyyat, hüquq |
Elmi dərəcəsi | İqtisad üzrə fəlsəfə doktoru |
İş yeri |
|
Təhsili | |
Tanınır | İqtisadçı, Hüquqşunas, Araşdırmaçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakültəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır.
Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi.[1]
1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bugünkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular.
Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı.[2]
Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var.
Cavid İsmayıl professor Əjdər İsmayılovun oğlu, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan, əsasən Şərur-Dərələyəz istiqamətində erməni daşnaqlarına qarşı mübarizə aparmış, Nuru Paşanın ödül verdiyi Tağı İsmayılovun isə nəvəsidir.
Elmi fəaliyyəti
redaktəCavid İsmayıl 1996-cı ildən bu hal-hazıra qədər Hüquq Mühafizə statuslu dövlət orqanında xidmət etməsilə yanaşı, hələ məktəbli vaxtlarından onun elmə olan böyük marağı bu istiqamətdə inkişaf etməsinə aparmışdır. Belə ki, 1997–2000-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun disertantı olmuşdur. 2000-ci ildə "Azərbaycan sənayesində sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri" mövzusunda dissertasiyasını müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.[3]
İkinci iş yeri olaraq iqtisad üzrə fəlsəfə doktoru kimi bir sıra ali məktəblərdə iqtisadiyyat və hüquq sahəsində dərslər demişdir.
Cavid İsmayıl mərkəzi Fransanın Paris şəhərində yerləşən dövri nəşrlər üçün nəzərdə tutulan ISSN 2522–9451 — Beynəlxalq Standart Seriya Nömrəsi (ing. International Standard Serial Number)[4] təqdim edilmiş müstəqil beynəlxalq elmi jurnal olan "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisidir.[5] Bununla yanaşı mediada əsasən Cavid İsmayıl imzası ilə, publisist yazıları, hekayə və şeirləri ilə də tanınır.[6]
İctimai fəaliyyəti
redaktəEyni zamanda Cavid İsmayıl Azərbaycanın içtimai həyatında da, yaxından və çox fəal iştirak edir.[7] O, türk xalqların zəngin mədəniyyətini və qədim tarixini təbliğ etmək və türk xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək etmək etmək, türk xalqlarının tarixini, mədəniyyətini, folklorunu və adət-ənənələrini təbliğ etmək, tarixi araşdırmaların aparılmasına dəstək vermək, o cümlədən Azərbaycan xalqının milli- mənəvi və tarixi dəyərlərinin qorunması sahəsində maarifləndirmə işi aparmaq[8], türk xalqları arasında həmrəyliyin və tarixi əlaqələrin gücləndirilməsinə yardım etmək məqsədilə yaradılmış "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təsiçilərindən biri, sədr müavinidir.[9][10][11][12][13]
Elmi əsərləri
redaktə- "Kiçik iqtisadiyyat: problemlər, vəzifələr", Bakı, 1997.
- "Azərbaycanda sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri", Bakı, "Elm", 1997. - 144 s.
- “Azərbaycan sənayesində sahibkarlığın formalaşması və inkişaf etdirilməsinin iqtisadi problemləri", Bakı, 1998.
- "Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu", Bakı, 1999.
- "Vergi mexanizminin formalaşmasının nəzəri əsasları", Bakı, 1999.
- “İqtisadi inkişafın hüquqi tənzimlənməsi”, Bakı, 2000.
- “İnvestisiya qoyuluşu və hüquqi tənzimləmə”, Bakı, 2011.
- "Sahibkarlığın innovativliyi və vergi sisteminin inkişafında onun rolu", Bakı, 2015.
- "Azərbaycanda sahibkarlıq fəaliyyətinin və vergi sisteminin formalaşması", Bakı, 2015.
- "Sahibkarlığın formalaşmasına və inkişafına təsir göstərən amillər", Bakı, 2015.
- "Sahibkarlıq subyektlərinin rəqabətədavamlılığında vergi siyasətinin rolu", Bakı, 2016.
- "Sahibkarlıq fəaliyyəti və səmərəli milli vergi sisteminin qurulması", Bakı, 2016.
Məqalələri və müsahibələri
redaktə- "Nuru paşanın ödül verdiyi Şərurlu partizan Tağı". "İki Sahil" qəzeti, №68(6099), səh 11-12, 22.04.2014
- “Tarih kolay yazılmıyor” Turkishnews, Türkiyə, 12.01.2018. "Tarih kolay yazılmıyor
- “Tarix asan yazılmır – AZƏRBAYCAN!” (müsahibə) - "Azad Azərbaycan" qəzeti, səh. 5 № 10 (3211) 20.01.2018
- “Как народ армяне никогда не обладели ни этноэпонимами, ни этноисторией“ – Kaspiy, № 27(923) səh. 10. 10.10.2018
- “Ölkəmiz öz iqtisadi qüdrəti ilə dünya dünya dövləətləri içərisində xüsusi hörmətə malikdir“ – Olaylar - № 133(4491) səh.15. 26.07.2018
- “Özlərini "hay" adlandıran millətin dünya tarixində etnotarixi və etnoyazısı olubmu?“, "Xalq qəzeti" – № 134 (28810) səh.12. 15.06.2018 "hay" adlandıran millətin dünya tarixində etnotarixi və etnoyazısı olubmu?
- "Bayraqla “zarafat” etmək olmaz!" - "Azad Azərbaycan" qəzeti. № 173 (3374) səh.3 04.12.2018
- "24 dekabr, Türksüzləşdirilən Türk torpağı – İRƏVAN!" – ONN media 23.12.2018
- "24 dekabr, Türksüzleştirilen Türk toprakları – ERİVAN!" Turkishnews, Türkiyə 02.01.2019 dekabr, Türksüzleştirilen Türk toprakları – ERİVAN!
- "Uşaqlarımıza nağıllarımızla milli kimliyimizi tanıtdırırıqmı?!". "Olaylar" qəzeti № 6 (4596) səh.10. 10.01.2019
- "Bir dəfə xəyanət edən mütləq bir daha xəyanət edəcək". "Olaylar" qəzeti № 15 (4605) səh.2. 23.01.2019
- "Bu gündə dünyada ən böyük iqtisadi layihələri Azərbaycansız təsəvvür etmək olmur". "Olaylar" qəzeti. №19 (4609) səh.15. 29.01.2019. Müsahibə.
- "Mişar daşı". "Azad Azərbaycan" qəzeti, №103 (3492), səh.2. 27.08.2019
- "Məmurun bayramqabağə Çadır sevdası". "Azad Azərbaycan", səh.3, 31.12.2019
- "Qaranlıq aşiqləri". "Olaylar" qəzeti, №4 (4760), səh.10. 16-17.01.2020
- "Savaş təkçə səngərdə deyil...", "Səs" qəzeti, 18.02.2020
- "Savaş Sadece Siperde Değil" Asasmedia, Türkiyə. 22.02.2020 Sadece Siperde Değil
- "Vətən ŞƏHİD çiyinlərində ucalır" - ONN media, 08.03.2020
- "Qurtuluşun qutlu olsun Ərzurum", "Olaylar" qəzeti, 12.03.2020
- "Vətənə yaramayanlara Vətən neymətini niyə başından tökürsünüz?!", "Olaylar" qəzeti, 23.03.2020.
- "Bizlər bir yerdə güclü və yenilməz olarıq!", "Olaylar" qəzeti, 18.04.2020
İstinadlar
redaktə- ↑ Nigar Ögeday. "TARİX ASAN YAZILMIR – "AZƏRBAYCAN"" (az.). ONN media. 2018-12-30. 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.
- ↑ Дмиткий Сидоров, Сергей Подлеснов, "Беспорядки на границе Нахичевань", "Московские новости", 1990, стр.2
- ↑ "Azərbaycanda sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri". 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "İqtisadi Araşdırmalar Jurnalı" (az.). iaj.az. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ "Azərbaycanda "İqtisadi araşdırmalar" adlı yeni beynəlxalq elmi jurnal təsis edilib" (az.). AZƏRTAC. 2017-07-18. 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.
- ↑ Cavid İsmayıl. "Düşmənimiz kimdir?!" (az.). ONN media. 2020-04-28. 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.
- ↑ ""Tarixini unutma!" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib" (az.). AZƏRTAC. 2018-11-13. 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
- ↑ "Turan Araşdırma Mərkəzi Cümhuriyyətimizin 100 illiyi ilə bağlı tədbir keçirdi" (az.). Azpress. 2018-07-17. 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
- ↑ "Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib" (az.). azertag.az. 2019-10-26. 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ "Lənkəranda keçirilən tədbirdə vətənpərvərlik ideyaları təbliğ olunub" (az.). azertag.az. 2019-09-27. 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- ↑ "Turan Araşdırma Mərkəzi ADPU-da tədbir keçirdi" (az.). youtube. 2018-11-13. 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- ↑ "Azərbaycan Xalq Cumhuriyyəti 100 Turan Araşdırma Mərkəzi" (az.). youtube. 2018-10-11. 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- ↑ ""Tarixini unutma!" layihəsi çərçivəsində Qubada tədbir keçirilib" (az.). ikisahil.az. 2018-10-15. 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.