Cecim - Wikipedia
Cecim (fars. جاجیم) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir.
Xalça | |
Cecim | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəCecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir.
Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər.
XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər. Əsas istehsal mərkəzləri Bərdə, Naxçıvan, Zəngilan, Şuşa, Şamaxı, Ordubad, Cəbrayıl və digər şəhərlər olmuşdur. Qeyd edək ki, onlar yalnız Azərbaycanın deyil, həm də Qafqazın digər şəhərlərində istehsal olunurdu
Bədi analiz
redaktəBədii nöqteyi–nəzərdən cecimlər palazlardan çox fərqlidir. Məlum olduğu kimi, cecimlər, palazlar kimi, zolaqlarla bəzədilir, lakin palazlardan fərqli olaraq, cecimlərdə zolaqlar şaquli vəziyyətdə yerləşdirilir.Zolaqların quruluşundan asılı olaraq, cecimlər sadə və mürəkkəb olur. Naxçıvan xalçaçıları bu zolaqları "tel", onların arasındakı isə tumurcuqları isə "nigar" adlandırırlar. Palazlar şaquli dəzgahlarda toxunur, cecimlər isə açıq hava altında yerə qoylumuş üfüqi dəzgahlarda hazırlanır. Cecimin yununun iplərinin rəngindən və keyfiyyətindən asılı olaraq, cecimlər hamar, birrəngli və çiçək rəsmli olur.
Texniki xüsusiyyətlər
redaktəCecimin toxunma üsulu palazın toxunma üsuluna bənzəyir. Toxunmuş cecimin eni, adətən, 25 – 30 sm, uzunluğu isə 15 m olur. Əgər cecim məişətdə istifadə olunursa, 15 m-lik topu (rulonu) lazımi ölçülərdə kəsirlər. Qədim zamanlardan bu günə kimi cecimlər ipəkdən toxunur, yerə döşəmək üçün nəzərdə tutulan cecimlər isə yundan hazırlanır. Bəzən pambıqdan və ya pambıqla yunun qarışığından hazırlanan cecimlərə də rast gəlinir.