Cek Kilbi - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Cek Sent-Kler Kilbi (ing. Jack St. Clair Kilby; d. 8 noyabr, 1923 - ö. 20 iyun, 2005) — 1958-ci ildə Texas İnstrumentsdə işləyərkən birinci inteqral sxemin reallaşdırılmasında iştirak etmiş Amerikalı elektrik mühəndisi. O, 2000-ci ildə fizika üzrə Nobel mükafatı alıb.
Cek Kilbi | |
---|---|
ing. Jack Kilby | |
Doğum tarixi | |
Doğum yeri | Cefferson şəhəri, Missuri, ABŞ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Dallas, ABŞ |
Milliyyəti | Amerikalı |
Təhsili | Texas İnstruments |
Fəaliyyəti | ixtiraçı, universitet müəllimi[d], informatik, fotoqraf, mühəndis, fizik |
Mükafatları |
IEEE şərəf medalı (1986) Fizika üzrə Nobel mükafatı (2000) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCek Kilbi 8 noyabr 1923-cü ildə Amerikada anadan olmuşdur.
Fəaliyyəti
redaktə12 sentyabr 1958-ci ildə Texas Instruments şirkətində ilk mikrosxem istehsal olunmuşdur. Onun yaradıcılarından biri Cek Kilbi hesab olunur. O, həmçinin cib kalkulyatoru və termik printerin ixtiraçısıdır.
Kilbi 1958-ci ilin iyulunda inteqral sxemlərə aid ilk ideyasını protokollaşdırdı və həmin ilin 12 sentyabrında bu işini müvəffəqiyyətlə nümayiş etdirdi. Yeni ixtiralar üçün ilk müştəri ABŞ Hərbi Hava Qüvvələri oldu. Kilbi inteqral sxemin kəşfi üçün Fizika üzrə 2000-ci ildə Nobel mükafatı qazanıb. Robert Noys da həmçinin Kilbidən bir il yarım sonra inteqral sxemlərə aid öz ideyası ilə çıxış etdi. Onun hazırladığı çip Kilbinin hazırladığı çipin həll edə bilmədiyi bir çox praktiki məsələləri həll etdi. Kilbinin çipləri germaniumdan hazırlanmışdı. Kilbinin çiplərindən fərqli olaraq, Noysun hazırladığı çip silisiumdan hazırlanmışdı.
Ədəbiyyat
redaktə- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.