Cenk Tunali - Wikipedia
Cenk Tunalı (türk. Cenk Tunalı) — Türkiyə aktyoru.
Cenk Tunalı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Türkiyə‚ İstanbul |
Milliyyəti | Türk |
Fəaliyyəti | Aktyor, rejissor |
Təhsili | |
IMDb | ID2538116 |
Həyatı
redaktəCenk Tunalı 9 sentyabr 1978-ci ildə İstanbulda dünyaya gəlib. 1996-cı ildə Cağaloğlu Anadolu Liseyindən, 2000-ci ildə İstanbul Dövlət Konservatoriyasının Teatr bölümündən məzun olub. Bir müddət Haldun Dormənə assistentlik edib. 2000-ci ildə Haldun Dormənin dəstəyi ilə "Teatr Qılçıq" qrupunu qurub. 4 il bu qrupda dramaturqluq, aktyorluq və rejissorluq edib. İstanbul Dövlət Teatrında bir çox tamaşada rol alıb. Bundan başqa müxtəlif filmlərə, teleseriallara çəkilib. Uzun müddət səhnələrdə bir aktyorun komediya tamaşaları şousunu qurub. Televiziyadakı bir müsabiqə proqramında aparıcılıq edib. 2007-ci ildə Bülənd Çatarla "Qılçıq Uşaq Tetrı"nı və "Qılçıq Emalatxanası"nı qurub. 6 ildir ki "Qılçıq Emalatxanasında" teatr müəllimliyi edir. Hazırda "Teatr Qılçıq"da "Toyda təlaş" və "Tanıyır bəlkə insanlar" tamaşalrını səhnələşdirir.
Layihələr
redaktəSeriallar
- 2000-ci il — "Yeddi nömrə"
- 2006-ci il - "Selena"
- 2005-ci il — "Tərsköşə"
- 2006-cı il — "Əmr et, komandirim"
- 2009-cu il — "Qəhvə bəhanədir"
- 2011-ci il — "Portal" (komediya proqramı)
- 2012-ci il — "Bir sözüm var" (yarışma proqramı)
Kino filmləri
- 1998-ci il — "Sağlıqla qal, yarım"
- 2010-cu il — "Supürrr"
- 2014-cü il — "Əfsus, əfsus 3"
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Cenk Tunalı — IMDb səhifəsi