Cevdet Sunay - Wikipedia
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti.
Cövdət Sunay | |
---|---|
türk. Cevdet Sunay | |
28 mart 1966 – 28 mart 1973 | |
Baş nazir | Süleyman Dəmirəl (1965-1971) Nihat Erim (1971-1972) Fərid Melən (1972-1973) |
Əvvəlki | Camal Gürsəl |
Sonrakı | Fəxri Korutürk |
Respublika senatoru | |
28 mart 1973 – 12 sentyabr 1980 | |
4 avqust 1960 – 16 mart 1966 | |
Əvvəlki | Raqib Gümüşpala |
Sonrakı | Cəmal Tural |
Türkiyə Quru Qoşunları komandiri | |
3 iyun 1960 – 2 avqust 1960 | |
Əvvəlki | Camal Gürsəl |
Sonrakı | Müzəffər Alanquş |
15 dekabr 1957 – 3 iyun 1960 | |
Əvvəlki | Salih Coşqun |
Sonrakı | Seyfi Turaqay |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Trabzon, Osmanlı İmperiyası |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
Quləli Hərbi Liseyi Türkiyə Quru Qoşunları Hərbi Məktəbi Quru Qoşunları Hərb İnstitutu |
İxtisası | hərbi xadim |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | Atifət Sunay |
Uşağı | 3 |
Dini | İslam |
Hərbi xidmət | |
Xidmət illəri | 1917-1966 |
Mənsubiyyəti |
Osmanlı imperiyası (1917-1920) Türkiyə (1921-1966) |
Qoşun növü | topçu |
Rəhbərlik edib |
|
Döyüşlər |
Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi |
Rütbəsi | ordu generalı |
|
|
Təltifləri |
Hərb medalı "İstiqlal" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi həyatı
redaktəCövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir. Daha sonra Qərb cəbhəsində xidmətini davam etdirir. 1927-ci ildə Hərbi məktəbi bitirir. 1930-cu ildə Hərbi Akademiyadakı təhsilini tamamlayır. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb. O, 1949-cu ildə briqada generalı rütbəsinə yüksəlir.
Briqada generalı rütbəsi ilə 3-cü zirehli briqada komandiri və Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. 1952-ci ildə general-mayor rütbəsinə yüksəlir. General-mayor rütbəsi ilə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi və 33-cü diviziyanın komandiri vəzifələrində çalışıb. O, 1955-ci ildə general-leytenant rütbəsinə yüksəlib. General-leytenant rütbəsi ilə 9-cu Korpus komandanlığı, Baş Qərargah Əməliyyatı Rəhbərliyi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin II Baş Qərargahı rəisi vəzifələrində çalışıb. 1958-ci ildə ordu generalı rütbəsinə yüksəlir. Ordu generalı rütbəsi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin II Baş Qərargahı rəisi, Türkiyə Quru Qoşunları komandiri vəzifələrində çalışıb. 2 avqust 1960-cı ildə Baş Qərargah rəisi təyin edilir. 15 mart 1966-cı ildə könüllü olaraq təqaüdə çıxır və elə həmin ildə ehtiyat senatoru seçilir.
Prezidentliyi (1966–1973)
redaktə28 mart 1966-cı ildə Camal Gürsəl xəstəliyi səbəbindən tutduğu vəzifəsindən getdikdən sonra Cövdət Sunay Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin beşinci prezidenti seçildi. 1973-cü il martın 28-nə qədər davam edən Prezidentlik dövründə zaman-zaman narahat anlar yaşandı. Süleyman Dəmirəl, Nihat Ərim və Fərid Melenin hökumət qurduqları bu dövrdə ən uzun müddət (27.10.1965–19.03.1971) hökumətə rəhbərlik edən Süleyman Dəmirəl olmuşdur. Dəmirəl, Sunayın ölümündən sonra bu dövr üçün: "Biz prezident Sunay ilə 5 il rahat işlədik. Biz bir-birimizi başa düşdük. Çankaya ilə hökumət arasındakı bu harmoniya Türkiyəyə çox şeylər bəxş etdi." deyə bildirmişdir.
Türkiyədə sol hərəkatın sürətlənməsi, CXP-nin "Mərkəzin Solu" şüarı ilə Ecevitin adının səslənməyə başlanması, tələbələr arasında sağ-sol mübahisəsi, Yassıda məhkəmə proseslərində mühakimə olunaraq həbs cəzasına məhkum edilən və Kayseri qapalı həbsxanasında saxlanılan Cəlal Bayar başda olmaqla Demokrat Partiyasının millət vəkillərinin əfv ilə siyasi hüquqların verilməsi məsələsində o günlərin partiyaları arasında gedən mübarizə, Suat Hayri Ürgüplünün baş nazir təyin edilməsi (29 aprel 1972) və onun qurduğu hökumətin əvvəlcə Sunay tərəfindən bəyənilib, sonra isə rədd edilməsi, vaxtaşırı universitetlərdə axtarışların aparılması, hətta bəzən onların bağlanması, İsmət İnönünün mürtəce və Nurçuluq sözlərini tez-tez təkrarlaması, 1967-ci il Kipr hadisələri, ABŞ Prezidenti Consonun məktubu, Kassasiya məhkəməsi sədri İmran Öktəmin (1969) dəfn mərasimindəki hadisələr və ondan sonrakı nümayişlər, Birinci Boğaz körpüsü, İstanbul və Ankarada bəzi rəsmi binaların bombalanması Baş Qərargah rəisi Camal Turalın Hərbi Şuraya aparılması və General Memduh Tağmaçın Baş Qərargah rəisi olması(12 mart 1969), Milli Nizam Partiyasının qurulması (26 yanvar 1970), İsrailin baş konsulunun qaçırılması və sonradan öldürülməsi, üç britaniyalı texniki işçinin qaçırılaraq öldürülməsi, Boğaziçi sərnişin təyyarəsinin Bolqarıstana qaçırılması, Dəniz Gəzmiş və iki dostunun edam edilməsi, İsmət İnönünün əvvəlcə CXP rəhbərliyindən, sonra isə CXP-dən və millət vəkili vəzifəsindən istefası, birinci və ikinci Nihad Erim hökumətləri (1971–1972), daha sonra Fərid Melənin baş nazirliyi və buna bənzər hadisələr və məşhur 12 Mart Muhtırası Cövdet Sunayın başçılığı dövründə reallaşmış hadisələr idi.[2]
O, 1973-cü il martın 28-də yeddi illik səlahiyyət müddətini başa vurdu və prezidentlikdən getdi. O, həmin gün Respublika Senatının senatoru kimi vəzifəsinin icrasına başlayıb və vəzifəsini 12 sentyabr çevrilişinə qədər davam etdirib.
Ölümü
redaktə1929-cu ildə Atifət xanımla ailə həyatı quran və 3 övladı olan Cövdet Sunay 1982-ci il mayın 22-də 83 yaşında vəfat edib.[3] Onun cənazəsi 28 may 1982-ci ildə mərasimlə Ankara Cebeci Əsri qəbiristanlığında dəfn edilib. 6 il sonra, 30 avqust 1988-ci ildə Böyük Qələbənin 66-cı ildönümü münasibətilə Dövlət qəbiristanlığına köçürülərək, dəfn edilir.[4]
Xəlil Falyalının iddiaları
redaktəSedat Pekərin irəli sürdüyü narkotik iddiaları ilə gündəmə gələn kiprli iş adamı Xəlil Falyalı 15 oktyabr 2021-ci ildə həbs edilərək məhkəməyə göndərilib. Məhkəmədə mal varlığı haqqında məlumat verən Falyalı, Cövdət Sunay haqqında; "Mən Kiprdə Fly Oil adlı üçüncü ən böyük neft şirkətinin sahibiyəm. Bu neft şirkəti Cövdət Sunaya məxsusdur və 1974-cü ildən fəaliyyət göstərir. 25–30 il əvvəl onu satın almışam." -deyə açıqlamalar verir.[5]
Mükafatları
redaktə- Milli mükafatları
- Türkiyə : Qırmızı lentli Müstəqillik medalı ilə təltif edilmişdir.
- Xarici mükafatları
- İran şahlığı :İran imperiyasının yaranmasının 2500 illiyinə həsr olunmuş xatirə medalı (14/10/1971).[6]
- : Qüdrətli Hamam ordeninin Cəngavər komandiri
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "O gün bugün | 5. Cumhurbaşkanı Cevdet Sunay oldu". Milliyet (türk). 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət" (Türkçe). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Badraie Arxiv surəti 5 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 5, 2016, at the Wayback Machine
Xarici keçidlər
redaktə- Xarici İşlər Nazirliyi, Türkiyə (ing.)
- Türkiyədə prezidentlik (ing.)