Ceyms Ross - Wikipedia
Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[1][2][…] – 3 aprel 1862[1][2][…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü.
Ceyms Klark Ross | |
---|---|
ing. James Clark Ross | |
Doğum tarixi | 15 aprel 1800[1][2][…] |
Vəfat tarixi | 3 aprel 1862[1][2][…] (61 yaşında) |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], təbiətşünas, donanma zabiti[d], botanik |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəCeyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur.
Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833-cü illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur. 1831-ci ildə Şimal maqnit qütbünü kəşf etmişdir[4][5].
1839–1843-cü illərdə "Erebus" və "Terror" gəmilərində Britaniya Antarktika ekspedisiyasını təşkil etmişdir. Ross dənizini və Ross buzlağını onun şərəfinə adlandırılmışdır. 1841-ci ildə Ceyms Ross Erebus vulkanını və Terror dağını aşkarlayaraq ekspedisiya gəmilərinin şərəfinə adlandırmışdır. İlk dəfə Ross cənub 78° enliyini keçmişdir.
Ekspedisiya zamanı onlar Viktoriya Torpağını tətqiq etmiş və ərazinin ada olmasını zənn etmişdir. O, materikə ayaq basmamışdır.
Antarktidadan qayıtdıqdan sonra ona Zadəgan və Ser titulu verilmişdir. Fransada isə ola Fəxri Legion ordeni təqdim olunmuşdur. 1847-ci ildə öz araşdırmaları ilə bağlı olan "A Voyage of Discovery and Research to Southern and Antarctic Regions" kitabını yazmışdır.
1848–1849-cu illərdə "Enterprayz" gəmisi ilə Con Franklinin aptarışları ilə bağlı uğursuz ekspedisiyaya başçılıq etmişdir.
Rütbələri
redaktə- Keytenant (26.12.1822)
- Kommander (8.11.1827)
- Kapitan (28.10.1834)
- Kontr-admiral (01.12.1856)
Rossun şərəfinə adlandırılan obyektlər
redaktəOnun şərəfinə Antarktidada Ross dənizi, Ross şelf buzlağı, Ross adası və Ceyms Ross adası adlandırılmışdır. Antarktidada yayılmış bir suiti növü onun şərəfinə adlandırılmışdır (adi ross suitisi). Üstəlik Ayda olan kraterlərdən biri, Kergelen adasında Mont-Ross dağı, Kaliforniyada şəhərin adı onun şərəfinə verilmişdır.
1972-ci ildə buraxılan Britaniya poçt markasında təsvir edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Sir James Clark Ross // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lord Byron and his Times (ing.).
- ↑ Bossi, Maurizio; Vieusseux, G.P. Notizie di viaggi lontani : l'esplorazione extraeuropea nei periodici del primo Ottocento, 1815–1845. Naples: Guida. 1984. ISBN 88-7042-399-9.
- ↑ Woodman, David C. Unravelling the Franklin disaster : Inuit testimony. McGill-Queen's University Press. 1991. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
Mənbə
redaktə- C. Ross
- Rosslar: Con və Ceyms Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine