Chaenomeles Sinensis - Wikipedia
Çin xenomelesi (lat. Chaenomeles sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.
Çin xenomelesi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Çin xenomelesi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəYabanı halda Çində və Yaponiyada bitir. Vətəni Çindir.
Botaniki təsviri
redaktəHündürlüyü 1-6 m olan yarımhəmişəyaşıl kol və ya kiçik ağacdır. Zoğları tikanlı və ya tikansızdır. Yarpaqları növbəli, dişli, kəsiyində oyuqlu, saplaqları 2 sm-dək uzunluqdadır. Yalançı zoğları tökülür. Çiçəkləri iri, diametri 3-4,5 sm, tək və ya 2-6 ədəd qısa salxımlara yığılmışdır. Çox vaxt yarpaqlar əmələ gələnədək açılır. Çiçək tacı çəhrayı, ağ və ya qırmızı rəngli, beş ləçəklidir. Kasacığı meyvələr əmələ gəldikdə düşür, beş ləçəklidir. Kasacığı meyvələr əmələ gəldikdə düşür, beş xırda dişli və ya bütöv kasayarpaqlıdır. Hər çiçəkdə 20-50 erkəkcik, beş dişicik vardır. Sütuncuqları bünövrəsində birləşir, yumurtalığı beş yuvalı, aşağıdır. Meyvəsi iri, armudvari və ya almavari formalı, təxminən oturaqdır. Toxumları endospermsiz, qonur rəngli, yuxarı hissəsi uzunsov və ucu biz, alt tərəfi yumrudur. Sentyabr-oktyabr aylarında yetişir. Oduncağı qonur və ya çəhrayı qonur rəngli, seyrək borucuqlu, yaxşı bilinən illik halqalıdır.
Ekologiyası
redaktəİşıqsevəndir, tüstüyə davamlıdır. Humusla zəngin, orta rütubətliliyi olan yüngül gillicəli və gilli-qumlu torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəYaşıllaşdırmada tək və qrup əkinlərində, canlı çəpərlər salmaq üçün istifadə oluna bilər. Meyvələri turş olub, ətlidir. Mürəbbə, kampot, kisel, jele və s. hazırlanmasında itsifadə olunur.