Chess24 Com - Wikipedia
chess24.com ingilis, ispan, alman və digər yeddi dildə fəaliyyət göstərən 2014-cü ildə qurulumuş şahmat saytıdır.[2]
Chess24 | |
---|---|
URL | chess24.com |
Tipi | Veb serverlər |
Dilləri | ingilis, ispan, alman, türk, polyak, çin, portuqal, fransız, italyan, norveç dili, rus |
Açılma tarixi | 2014 |
Bağlanma tarixi | 31 yanvar 2024 |
Hazırkı statusu | fəaliyyətdədir |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əməkdaşlar
redaktəChess24-lə qrosmeyster, beynəxalq ustalar və namizəd ustalar – Vişvanatan Annad, Peter Svidler, Rüstəm Qasımcanov, Artur Yusupov, Jan Qustafson, Fransisko Vallexo,[3] David Martinez, Lukas Vitenburq, David Andon Duiyarro, Pepe Kuenka, Dorsa Deraxşani, Sopiko Quramişvili, İvan Salqado, Karlos Martinez, Robert Baskin, Yan-Kristian Şölder, Roeland Pruysers, Xesus de laVilla, Anna Rudolf, Niklas Huşenbet, Xristof Sielecki, Mark, Dvoretski, Timur Qareyev, Roven Voqel, Sabrina Veqa, Robin van Kampen, Daniel Forsen, Angel Arribas, Ernesto Fernandez, Xose Migel Fernandez, Markos Kamayxo, Laurens Trent və Hou Yifan əməkdaşlıq edir. Bu şahmatçılar beynəxalq turnirlər zamanı oyunlara canlı şərhlər verir.
Əsas imkanlar
redaktəChess24 əsas beynəxalq turnirlərin canlı yayımını təmin edir.
Sayta həm facebook profili üzərindən həm də yeni Chess24 profili açmaqla üzv olmaq olar. Üzvlükdən sonra sayıtın baş səhifəsində istifadəinin sayt tərəfindən verilən bullet, blitz və klassik şahmat üzrə reytinq xalları, oynadığı oyunların sayı və s. göstərilir.
Saytda həmçinin "going premium" seçimi var. "Going premium" daha dərin "Stockfish" analizi və həmçinin "Banter Blitz" kimi yarışlarda iştirak etmək imkanı verir. "Banter Blitz" premium istifadəçilərə Chess24-ün əməkdaşları ilə oynamaq imkanı verir.
Chess24-də seçilmiş zaman nəzarətində şahmat oyunu, "Stockfishin" modifikasiya edilmiş verisyası ilə oyun, qeyri-rəsmi onlayn turnirlərə qoşulma, eləcə də şahmat videolarına baxış seçimləri var. Orada şahmatdakı çoxsaylı mövzular haqqında elektron kitablar mövcuddur. Həmçinin istifadəçilər üçün bir çox onlayn şahmat kursları mövcuddur. Gündəlik xəbərlər bölməsi sayıtın ön səhifəsində yerləşir və şahmatda önəm verilən yeni qaynar mövuzlar burada işıqlandırılır.[5]
Əlavə imkanlar
redaktəSaytda hər bir qrosmeyster haqqında geniş məlumat dərc olunur. Bura onun doğum tarixi, FIDE ID nömərsi, FIDE üzrə dərəcəsi, hazırkı və ən yüksək reytinq xalı və nailiyyətləri haqqında qısa məlumat əks olunub. Bundan başqa şahmatçıların müqayisə pəncərəsi də mövcuddur.
İstinadlar
redaktə- ↑ Alexa Internet (ing.). 1996.
- ↑ "Arxivlənmiş surət". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-20.
- ↑ "Arxivlənmiş surət". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
- ↑ "Arxivlənmiş surət". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
- ↑ "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.