Cicindelinae - Wikipedia
Qaçağanlar (lat. Cicindelinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Qaçağanlar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: Ranqsız: Fəsiləüstü: Fəsilə: Qaçağanlar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarici quruluşu
redaktəOrta və kiçik ölçülü çox qıvraq, hərəkətli böcəklərdir. Onlar çox sürətlə qaçır, narahat edildikdə isə ildırım sürəti ilə qısa məsafələrə uçur və orada fəal şəkildə qaçaraq, ov axtarmağı davam etdirirlər. Onlar qaçarkən qısa dayanacaqlar edirlər. Görünür, bu vaxt tutduqları ovu yeyirlər. Parlaq və əlvan rəngləri vardır, ancaq bu, onların yaşayış mühiti ilə ahəngdar olduğundan, təbiətdə az nəzərə çarpırlar. Bədənlərinin uzunluğu 10–12 mm-dir.[3]
Həyat tərzi
redaktəQaçağanlar bir qayda olaraq, gündüz həyat tərzi keçirən yırtıcılardır. Onların iri, oraqşəkilli çənələri olan sürfələri ətrafında kiçik çuxur olan şaquli yuva qazır, həmin yuvaya girərək başlarını çıxarır və qarışqa aslanının sürfəsi kimi, yuvaya düşən ovu tuturlar. Qaçağanlar əsasən çay qıraqlarında, bulaqların, gölməçələrin ətrafındakı nəmişlik ərazilərdə, eləcə də meşə kənarlarında o qədər zəngin ot bitkiçiliyi olmayan açıq sahələrə üstünlük verirlər. Arandan tutmuş hündür dağlıqlara qədər rast gəlinir.[3] Azərbaycanda tarla qaçağanı (lat. Cicindela campestris) adi növdür. Uzunluğu 12–15 mm, önkürəyi və qanadüstləri tutqun-yaşıl, qarın tərəfi mavi-yaşıl, parlaqdır. Böyürləri, döşü və ayaqları mis-qırmızıdır. Qanadüstlərində sayı dəyişkən olan bir neçə məxməri-ağ nöqtə vardır. Çılpaq, nəm sahələrdə gözə çarpır, sürətlə qaçaraq cücü axtarır. Azərbaycanda eləcə də şərqiaralıqdənizi növü olan Fərat çapağanı Megacephala euphratica Latz. tapılmışdır. Bu nadir növ şor göllərin və şoranlıqların gilli və meşəli sahilləri ilə bağlıdır. Gecə yırtıcısıdır, ancaq səhər və axşam vaxtları da fəal olur. Təbiətdə yaşlı böcəklər apreldə üzə çıxaraq avqusta qədər rast gəlinir. Müxtəlif xırda onurğasızlarla qidalanır. Böcəyin bədəninin uzunluğu 19–32 mm, rəngi mavi-yaşıl, qanadüstlərinin ucunda sarı xal vardır. Uzun, nazik, sarı ayaqları üzərində sürətlə qaçır. Azərbaycan Respublikasının Qırmızı kitabına salınmışdır.
Yayılması
redaktəHazırda qaçağanların 200 növü məlumdur. Onlardan 100-ü MDB-də yaşayır. Abşeron yarımadasının qaçağanlarını ətraflı öyrənmiş Nəsirova (1978) bura üçün 11 növ göstərmişdir. Kür-Araz ovalığında və Naxçıvan MR-da (Araz vadisi) seyrək və məhdud, Abşeronda – Xəzər sahili boyunca isə nadir hallarda rast gəlinir.[3]
Təsnifatı
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Bouchard P., Bousquet Y., Davies A. E., Alonso-Zarazaga M. A., Lawrence J. F., Newton A. F., Reid C. A. M., Slipiński S. A., Smith A. B. T. Family-group names in Coleoptera (Insecta) (ing.). // ZooKeys / T. L. Erwin Sofia: Pensoft Publishers, 2011. Vol. 88, Iss. 88. P. 1–972. ISSN 1313-2989; 1313-2970 doi:10.3897/ZOOKEYS.88.807 PMID:21594053
- ↑ 1 2 3 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004