Cim Cons - Wikipedia
Cim Cons (ing. James Warren Jones; 13 may 1931[1] – 18 noyabr 1978[1], Corctaun[d]) — Keşiş, Xalqlar məbədi dini cərəyanının qurucusu.
Cim Cons | |
---|---|
ing. Jim Jones | |
| |
Doğum tarixi | |
Doğum yeri | İndiana, Randolph, ABŞ |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Corctaun, Qayana |
Vəfat səbəbi | İntihar |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı | Marselina Bolduin |
Uşağı | 7 |
Atası | Ceyms Törman |
Anası | Lunatta Patnam |
Təhsili |
|
Fəaliyyəti | Keşiş, təriqət qurucusu |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illər
redaktə1931-ci il mayın 31-də dünyaya gələn Cons doğulduğu gündən etibarən anormal bir həyatın baş rol oyunçusuna çevrilib. Consun anası Lunatta Patnam oğlunun Məsih olduğuna inanırdı. I dünya müharibəsi əlili olan atası Ceyms Törman Ku Kluks Klan adlı gizli təşkilatın üzvü olub. Xəyallar görən ananın və içki düşkünü olan atanın övladı olan Consun zəhərli zehninin təməllləri bu dövrdə qoyulub. Səfalət içərisində yaşayan, ailəsinin belə diqqətindən məhrum qalan Cons içərisindəki boşluğu doldurmaq üçün dinə yönəlib. Həmyaşıdları qəribə bir uşaq olduğu üçün ondan uzaq gəzirdilər. Consun tərbiyəsində qonşuların da böyük rolu olub ki, onlar Əllincilər kilsə üzvləri idi. Cons yalnızlığını pərdələmək üçün hələ 10 yaşında olarkən qonşularla bərabər kilsəyə gedir, İncil oxuyurdu. Sırf ölümün necə bir şey olduğunu öyrənmək üçün həyətdəki pişikləri öldürüb, onlara yas mərasimi təşkil edirdi.
Keşiş
redaktəMəktəbi qurtardıqdan sonra Butler University qəbul olur. Ana və atası ayrıldıqdan sonra Cons da onlarla bütün əlaqələrini kəsməyə qərar verib. Bundan sonra isə kilsə təhsilinə diqqət ayırıb. 1949-cu ildə Marselina Bolduinlə ailə həyatı qurur. Cim Cons siyasətə olduqca maraqlıydı, oxumağı çox sevirdi. Stalin, Hitler, Mao kimi liderlərin həyatı ilə çox maraqlanırdı. Yaşı artdıqca publikaya yön verə bildiyini anlayan Cons artıq özünəməxsus təriqət yaratmasının vaxtı gəldiyini düşünür. Təriqət yaratmaq üçün ilk mərhələ pul tapmaq idi. O da qapı-qapı gəzərək ev meymunu satıb, pul yığmağa başlayır.
Xalqlar məbədi
redaktəƏvvəlcə "Qurtuluşun qanadları" adlı kilsəni yaradıb, ardınca isə sevdiyi liderlər kimi ictimaiyyətə təsir göstərərək Xalqın məbədi adlı təriqəti formalaşdırıb.
Hər gün radiolarda dini söhbətlərə qonaq olan Cons insanlara şəfa vermək gücü olduğunu da bildirirdi. İctimaiyyətin gözü qarşısında əlil arabasındakı bir qadını ayağa qaldırmış, xərçəng xəstəsi olan bir qadını müalicə etmişdi.
Halbuki pərdə arxasında vəziyyət göründüyü kimi deyildi. Əlil arabasındakı qadın Consun katibəsi idi, xərçəng xəstəsi qadından çıxardığı şiş isə toyuq ciyəri idi.
Lakin Cim Cons yalan deməkdə o qədər mahir idi ki, heç kim bunun yalan ola biləcəyinə ehtimal belə verməyib. Kilsəsində ictimaiyyətə qapalı iclaslar keçirən Cons zamanla kütlənin diqqətini çəkməyə başlayıb. Bundan sonra o, məharətini siyasi platformada da göstərməyə qərar verib. Əvvəlcə Komunist partiyasına, daha sonra demokratların tərəfinə keçib.
Heç kim onun necə bir yalançı olduğunu anlamırdı. Onu Amerikanın ən böyük dini lideri kimi tanıdırdılar. Hətta üstün fəaliyytlərinə görə Consa "Martin Lüter Kinq" medalını veriblər.
-
Təriqət üzvləri mitinqdə San-Fransisko, yanvar 1977
-
Təriqət üzvləri mitinqdə San-Fransisko, yanvar 1977
-
Təriqət üzvləri mitinqdə San-Fransisko, yanvar 1977
Cənubi Amerika
redaktəAncaq onun xoş günlərinin dövrü bitməyə doğru gedirdi. Çünki insanlar arasında onun müridlərini cinsi əlaqəyə vadar etdiyi, narkoman olduğu və zorakılığıa meyilli olması ilə bağlı söz-söhbətlər gəzməyə başlamışdı. 1973-cü il 13 dekabrda o Los-Anceles kinotetırlarının birinin tualetində masturbasiya edən zaman həbs olunur. Bu məsələnin mediada işıqlandırılması Consu narahat etməyə başlayır. 1974-cü ildə o, müridlərini də toplayıb Qayanada icarə götürdüyü və Constaun adını verdiyi torpaqlara gətirir. "Constaun"da ilk illər 50-yə yaxın adam toplaşır. Cons buranı "sosalist cənnət" kimi görür və inkşaf etdirmək istəyirdi. Zalım dünyadan kənar və tropik cənnət söz verən "Constaun" əhalisi 1978-ci ildə 900 nəfərə çatdı. İcma əsasən kənd təsərufatı ilə məşğul olurdu. Qəsəbədə uşağ bağçası, klub, tərbiyə mərkəzi tikilmişdi. Təriqətdə evlilikdən kənar cinsi əlaqə qadağa idi. Həm qadın həm kişilərlə ancaq Cons cinsi əlaqədə ola bilərdi. Cons ir keşiş olaraq homoseksuallığı bəyənmədiyini, bunu isə məbədin kişi tərəfdarları ilə birləşmənin vacibliyinin simvolikası kimi anladırdı. Cənnət qurmaq üçün xəyali dövlətdə əhali günün 11 saatı işləyir, axşamlar isə Consdan tərbiyə dərsləri alırdı.
SSRİ izləri
redaktəQayanada Cons SSRİ səfirliyi ilə əlaqələr qurdu. Çıxışlarında Kommunizmə olan rəğbətindən danışır və insanların bərabər hüquqlarını təmin etmək üçün Sovet Sosalist Respublikasına köçməyin vacibliyindən danışırdı. 1978-ci ilin mart ayında Sovet İttifaqından siyasi sığınacaq və SSRİ Milli Bankından maliyyə yardımı almaq üçün SSRİ-nin bu ölkədəki konsuluna da müraciət olunur. Sovet tərəfi isə "Xalqlar məbədi"nin bir neçə üzvünün danışıqlar aparmaq məqsədilə Moskvaya gəlməsini tövsiyə etmişdir.
Faciə
redaktə1978-ci il 17 noyabrda ABŞ qəsəbəyə konqresmen Leo Rayanın başçılığı ilə nümayəndə heyətini göndərir. Constauna gələn nümayəndə heyəti ilk başda hər şeyin normal olduğunu görsə də, bir neçə nəfər ona gizlicə ordan çıxmaq istədiyi ilə bağlı məktub verdi. Məktubu alan Rayan və nümayəndələr 18 noyabırda buranı tərk etdilər. Lakin Cons bu məktubdan xəbər tutdu. Təriqətə sadiq əsgərlər tərəfindən Rayanın qarşısı uçuş zolağında kəsilərək güllələndi. Həmən gün Rayan, 3 jurnalist və 1 bələdçi həyatını itirdi. Suiqəsdin bir neçə saniyəsi öldürülən jurnalist Bob Braun tərəfindən çəkilir.
Həmin gecə Cons hər kəsi toplayaraq son çıxışını etdi. İnsanlara bildirdi ki, Constauna hücum edəcəklər və hər kəsi tək-tək öldürəcəklər. Ona görə də biz onlar gəlmədən öncə cənnətə getməliyik. İntihar qərarından sonra Cons öncədən hazırladığı zəhəri hər kəsə payladı. İlk Qayananın başqa şəhərində olan 2 üzvü intihar edir ki, onlar əvvəl öz uşaqlarını doğrayırlar. Daha sonra 304-ü uşaq olmaqla 909 nəfər zəhər içərək həyatına son verir. Cim Cons isə daha sonra başında güllə ilə yatağında tapılmışdır. Zəhər içməkdən imtina edib qaçan üzvlərin dediklərinə görə ailələr zəhəri əvvəlcə uşaqlarına verməklə, sonra özləri də içərək həyatlarına son qoyublar.
Kütləvi intihardan sonra Constaun ruhlar şəhərinə çevrildi. 80-ci illərdə yanğınsöndürənlər qəsəbəni yandırıb kül etdilər. Bu gün "Xalqlar məbədi" cəmiyyətinin fəaliyyəti ABŞ-də rəsmi qadağan olunub.
-
Constaun əhalisinin artımı
-
Constauna giriş
-
Constaunda evlər
-
Konqresmen Leo Rayan
İstinadlar
redaktə- ↑ 1 2 Jim Jones // Encyclopædia Britannica (ing.).