Con Arbakl - Wikipedia
Conatan K. Arbakl (ing. Jonathan Q. Arbuckle) — Cim Devisin yaratdığı "Qarfild" karikaturasında peyda olan uydurma personaj. O, "Qarfild və dostları" və "Qarfildin şousu" animasiya seriallarında görünüb, həmçinin iki filmdə aktyor Brekin Meyer tərəfindən canlandırılıb.[5]
Con Arbakl | |
---|---|
ing. Jon Arbuckle | |
Qarfild personajı | |
İlk görünmə | "Con" karikaturası, 8 yanvar 1976[1] |
Yaradan | Cim Devis |
Canlandıran | Brekin Meyer (2004–2006) |
Səsləndirən |
|
Tam adı | Jonathan Q. Arbuckle |
Peşəsi | Karikaturaçı |
Ailəsi | |
Əlaqəsi | Liz Vilson (sevgilisi) |
Doğum tarixi | 28 iyul 1950[2][3][4] |
Məlumat | |
Cinsi | kişi[d] |
Haqqında
redaktəCim Devis bu personajı özünün təmsili kimi yaratmışdır. Karikatura ilk yaradıldığı vaxtlarda Con Arbakl baş qəhrəman idi və bu karikatura onun adını daşıyırdı. Sonralar Devis fikrini dəyişdi və diqqəti Conun ev heyvanı Qarfildə yönəltdi, bunun nəticəsində Qarfild hekayənin əsas personajı oldu, "Con" kimi bilinən karikatura isə "Qarfild"ə çevrildi. Bu karikaturada bəzi dəyişikliklər baş verdi, ev iti Spot-un adı Odi ilə əvəz olundu.[6]
Bioqrafiya
redaktə23 dekabr 1980-cü ildə nəşr olunmuş karikaturada Con Qarfildə 29 yaşı olduğunu deyir.[7] "Qarfildin şousu" animasiya serialında isə onun 22 yaşı var.[8]
Conun italyan əsilli olduğu güman edilir, çünki onun Tony Arbuccli adlı əcdadı mövcuddur.
O, və ev heyvanları onların yaradıcısı Cim Devis kimi İndiana ştatında yaşayırlar. Eynən Devis kimi o da karikatura peşəsi ilə məşğuldur.[9]
İstinadlar
redaktə- ↑ Degg, D.D. "NEWLY DISCOVERED – DAVIS' PRE-GARFIELD GARFIELD". Daily Cartoonist. July 28, 2019. August 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Garfield". İstifadə tarixi: 2021-11-10.
- ↑ "Garfield". İstifadə tarixi: 2021-11-10.
- ↑ "Garfield". İstifadə tarixi: 2021-11-10.
- ↑ "Garfield". December 6, 2001. İstifadə tarixi: 2021-11-09.
- ↑ Boone, Brian. "The Bizarre History of Garfield". Grunge. February 22, 2022. İstifadə tarixi: March 2, 2022.
- ↑ "Garfield". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Magnat, Julien. T3000 // The Garfield Show. 1 sezon. 52 epizod. 23 December 2009. Cartoon Network.
- ↑ "Garfield". garfield.com. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)