Con Atkinson Hobson - Wikipedia
Con Atkinson Hobson (6 iyul 1858[1][2], Derbi[3] – 1 aprel 1940[3][1][…], Hampsted, Böyük London) — imperializmin tənqidinə verdiyi töhfələri ilə tanınan ingilis iqtisadçı və sosioloq.
Con Atkinson Hobson | |
---|---|
Doğum tarixi | 6 iyul 1858[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1940[3][1][…] (81 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəİmperializm terminini ilk dəfə istifadə edən iqtisadçı Hobson imperializmi "dövlət daxilində idarəetmənin cilovunu ələ keçirən maddi marağın, daxili dəbdəbəni dəstəkləmək üçün iqtisadi zəliləri, sərvətlərini qurutmaq və yad cismlərə yapışdırmaq üçün imperialist ekspansiyaya yönəldiyi parazit bir proses" kimi tərif etmişdir.
Ən mühüm imperializm nəzəriyyəçilərindən biri olan Hobson, təhlilləri ilə xüsusən Vladimir Leninin eyni mövzudakı düşüncələrində dərin təsirlər buraxmışdır. Lenin Hobsonun əsərindən bəhrələnməsi haqqında "imperializm mövzusunda əsas ingilis dilindəki tədqiqat işi olan C. A. Hobsonun kitabından, zənnimcə bu əsərin layiq olduğu bütün diqqəti ilə istifadə etmişəm" demişdir.
Hobson və məşhur avstriyalı marksist nəzəriyyəçi Rudolf Hilferdinqin imperializmlə bağlı fikirlərindən bəhrələnən Lenin, Karl Marksın məşhur "Kapital" əsərindəki (1867) ideyalarını ifadə etmiş və bunları sintez halına gətirərək marksist metoda öz töhfələrini vermişdir. İmperializmi kapitalizmin ən yüksək mərhələsi kimi görən bu anlayış gələcəkdə marksist-leninist ideologiyada mühüm rol oynayacaqdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 John Atkinson Hobson // Babelio (fr.). 2007.
- ↑ 1 2 3 4 Гобсон Джон Аткинсон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.