Con Ronald Ruel Tolkien - Wikipedia
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[1][2][…], Blumfonteyn, Azad Oranj Dövləti[6][7][…] – 2 sentyabr 1973[1][3][…], Bornmut, Dorset[d][8][9][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur.
Con Ronald Ruel Tolkin | |
---|---|
ing. John Ronald Reuel Tolkien | |
Təxəllüsü | Oxymore[5] |
Doğum tarixi | 3 yanvar 1892[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1973[1][3][…] (81 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bronxopnevmoniya[d][10], xora[10][11] |
Milliyyəti | İngilis |
Həyat yoldaşı | Edit Bratt (1916-1971) |
Uşaqları | 4 |
Təhsili |
|
Fəaliyyəti | Yazıçı, linqvist, filoloq, şair |
Fəaliyyət illəri | 1937–1973 |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | Fentezi, tərcümə, tənqid |
Janrlar | fantaziya, uşaq ədəbiyyatı, poeziya, nəsr |
İlk əsəri | "Hobbit və ya oraya və geriyə" |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
tolkienestate.com | |
Con Tolkin Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir.
Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi.
İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir. Bir çox digər məşhur nağıl əsərlər kimi, "Hobbit"i də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi, lakin hekayə yarımçıq qaldı, və Tolkien sadəcə əlyazmasının bir nüsxəsini maşinkada çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkienin tələbələrindən biri bir gün Allen & Unwin nəşriyyat evinin redaktoru Süzanna Daqnellə danışarkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın, lakin nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi. Odur ki, kitabı oxuması üçün on yaşlı oğluna verir, kitabı oxuyub qurtardıqdan sonra isə onda fikirlərini öyrənir. O isə, yaşıdlarının kitabı mütləq bəyənəcəyini deyir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Tolkiens Reise nach Mittelerde (alm.): Ein neuer Blick in die Welten J.R.R. Tolkiens. 1 Kow: Heel Verlag, 2013. S. 2. 338 s. ISBN 978-3-86852-826-8
- ↑ 1 2 Tolkiens Reise nach Mittelerde (alm.): Ein neuer Blick in die Welten J.R.R. Tolkiens. 1 Kow: Heel Verlag, 2013. S. 33. 338 s. ISBN 978-3-86852-826-8
- ↑ RKDartists (nid.).
- ↑ Doughan D. J.R.R. Tolkien: A Biographical Sketch (ing.). The Tolkien Society.
- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/598643/JRR-Tolkien.
- ↑ 1 2 http://news.bbc.co.uk/cbbcnews/hi/find_out/guides/uk/jrr_tolkien/newsid_2388000/2388813.stm.
- ↑ 1 2 http://www.history.com/this-day-in-history/third-and-final-lord-of-the-rings-movie-opens.
- ↑ 1 2 http://amsaw.org/amsaw-ithappenedinhistory-010305-tolkien.html.
- ↑ 1 2 Birzer B. J. J. R. R. Tolkien's Sanctifying Myth: Understanding Middle-earth (ing.). Open Road Media, 2014. P. 180. ISBN 978-1-4976-4891-3
- ↑ The Author: Timeline (ing.). The Tolkien Society.
Xarici keçidlər
redaktə- "Tolkien Estate" vebsaytı
- BBC film (1968) featuring Tolkien
- Tolkin kitabxanası vebsaytı
- Tolkin bioqrafiyaları vebsaytı
- Tolkinin tərcümeyi-halı (Tolkien Cəmiyyəti)
- J. R. R. Tolkien: An Imaginative Life Four illustrated on-line lectures examining the life and work of Tolkien (at The Gnosis Archive)
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |