Con Uintrop Hakett - Wikipedia
Con Uintrop Hakett (ing. John Winthrop Hackett; d. 4 fevral 1848 – ö. 19 fevral 1916) — Avstraliyalı sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru; Qərbi Avstraliya Universitetinin yaradıcısı.[2]
Con Uintrop Hakett | |
---|---|
ing. John Winthrop Hackett | |
| |
Doğum tarixi | |
Vəfat tarixi | (68 yaşında) |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsilə qayğısı
redaktəCon Uintrop Hakett tərəfindən 1911-ci ildə Qərbi Avstraliya Universitetinin yaradılması təşəbbüsü irəli sürülmüşdür.[2] O, həmin vaxt sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru idi. Bundan sonra universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri olur.[2] Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur.[2] C.U.Hakett şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır.[2]
Xatirəsi
redaktəHazırda Qərbi Avstraliya Universitetinin kampusunda yerləşən bir çox binalar Con Uintrop Hakettin adını daşıyır.[2]
İstinadlar
redaktə- ↑ "History of West Australia" (1897). W.B. Kimberley. Publisher: FW Niven and Co., Melbourne
- ↑ 1 2 3 4 5 6 Lamiyə Əliyeva, Dünya universitetləri: Qərbi Avstraliya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25. (az.)