Conni Inqlis Qayidis Film 2011 - Wikipedia
Conni İnqliş: Qayıdış — 2011-ci ildə Britaniyada çəkilmiş komediya xarakterli film. Bu film sanki Agent Conni İnqliş (2003) filminin davamıdır. Baş rolda məşhur İngiltərəli aktyor Rouen Atkinson çəkilmişdir.Filmin rejissoru isə Oliver Parkerdir.
Conni İnqliş: Qayıdış | |
---|---|
ing. Johnny English Reborn | |
Janr | komediya filmi[1][2], döyüş-komediya filmi[d] |
Rejissor | Oliver Parker |
Prodüserlər | Tim Bevan, Erik Felner, Kris Klark |
İcraçı prodüser | Rouen Atkinson |
Ssenari müəllifi | Hamis McColl |
Baş rollarda | Rouen Atkinson, Cillian Anderson, Daniel Kaluuya, Dominik Vest, Rozamund Payk, Riçard Şif, Tim Maklarin, |
Operator |
|
Bəstəkar | İlan Eşkeri |
İstehsalçılar | StudioCanal, Relativity, Working Tiltle Films, Universal Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 6 oktyabr 2011[3], 7 oktyabr 2011, 21 oktyabr 2011 |
Filmin növü | Komediya |
Müddət | 101 dəqiqə |
Büdcə | $ 45.000.000 |
Gəlir | $ 160.078.586 |
Ölkələr | Böyük Britaniya ABŞ Fransa |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Honkonq, London |
IMDb | ID1634122 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktə5 il əvvəl Mozambikdə uğursuz missiyadan sonra Ser Conni İnqliş (Rouen Atkinson) işdən qovulur və Tibetə döyüş öyrənmək üçün gedir.Amma 5 ildən sonra o MI7 tələbi ilə yenidən Londona qayıdır.
Conni İnqliş MI7-nin qərərgahında (indiki Toşiba Britaniya Kəşfiyyatı) yeni boss Pegasusla (Culian Anderson) görüşür və Çin baş nazirinə qarşı təyin olunan sui-qəsdin qarşısının alınması ona tapşırılır.Conni daha sonra agent Saymon Embrous (Dominik Vest) və ixtiraçı Paç Kotermanla (Tim Maklarin) görüşür.Bundan əlavə kiçik agent,Kolin Taker (Daniel Kaluuya) ona köməkçi təyin olunur.
İnqliş və Taker Honkonqa gedirlər və Conni burada keçmiş CIA agenti Titus Fişerlə (Riçard Şif) görüşür.O bildirir ki,Baş nazirə qarşı sui-qəsdi "Vorteks" adlı bir qrup planlaşdırıb və özünün bu qrupun üzvü olduğunu ortaya qoyur.Daha sonra o İnqlişə bir metal açar göstərir və Vorteksin silahının bu və digər bunun kimi 2 açar olduğunu bildirir.Fişer muzdlu qatil (Pik-Sen Lim) tərəfindən öldürülür.İnqliş böyük çətinliklə açarı qazansa da təyyarədə Susan adlı bir nəfər onun başını qataraq açarı oğurlayır.İnqliş isə Pegasusun evinə gəlir və göründüyü kimi açarı göstərə bilməyincə rüsvay olur.Sonra O Pegasusun anasını Honkonqda olan muzdlu qatil sanır və onu döyərək Pegasus qaşısında təhqir olunur.
Keyt Samner (Rozamund Payk) MI7-nin davranış psixoloqudur və O hipnoz vasitəsi ilə İnqlişi Mozambikə qaytarır.O xatırlayır ki,Vorteksin 2-ci üzvü Rusiyalı Artyom Karlenkodur (Mark İvanir).Daha sonra İnqliş və Taker Karlenko ilə qolf oynamaq üçün yola düşürlər.İnqliş onunla qolf matçı zamanı onun həyatınadakı məqamları gizli-gizli ona deyir Karlenko isə onu öldürmək istəyərkən özü həmiz muzdlu qatil tərəfindən yaralanır.İnqliş və Taker onu xəstəxanaya çatdırmaq istəsələr də Karlenko özünün Vorteks üzvü olduğunu bildirir,2-ci açarı ona verir,və Vorteksin 3-cü adamının MI7-dən olduğunu bildirərək ölür.
Karlenko öldükdən sonra Conni İnqliş MI7-nin qərargahına yollanır və baş nazirin danışıqlarından sonra məlum olur ki,Britaniya və Çin hökumətləri arasında danışıq İsveçrədə Le Bastiyon qalasında olacaq.Daha sonra O Saymon Embrousla restoranda nahar zamanı ona bildirirki Vorteksin 3-cü üzvü MI7-dəndi.Saymon tapançanı altdan tutaraq onu öldürmək istəyəndə İnqliş bildirir ki, ondan şübhələnmir.Taker banyoda Saymonu öldürmək istəyərkən Saymon yalandan deyir ki, 3-cü üzv Paç Kotermandı.Daha sonra Saymon İnqlişdən riyakarcasına açarı alır və Pegasusa zəng eləyərək 3-cü adamın Conni İnqliş olduğunu deyir.
İnqliş sonra Kotrmanla kilsədə qarşılaşır və çətinliklədə olsa özünü ölümdən qurtarır.O həm də Kotermanın əl arabasından istifadə edir.Sonra O, Keytin evinə gəlir və ona deyirki,O Vorteksdən deyil və daha sonra özündən gedir.Onlar daha sonra kompyuterdə Mozambikdəki hadisələri izləyir və qatilin ürək çatışmazlıqından deyil məhz Timoxelyn Barbebutenol adlı narkotikdən yəni şüuru idarə edən preparatdan öldüyünü müəyyən edirlər.Embrous isə Vorteks üzvü ilə danışıqda 500 milyon ABŞ dolları qarşılığında dərmanı alaraq baş nazirin ölümü üçün planlaşdırırlar.
İnqliş daha sonra Takerin evinə gedir,və ondan xahiş edir ki,ona kömək etmək üçün Le Bastiyona getsinlər.İnqliş Pegasusun içməli olduğu meyvə şirəsini içərək dərmanın təsirinə düşür.İnqliş Embrousun əmri ilə Pomadaya bənzər bu tapançanı Baş nazirə tuşlayır və onu öldürmək istəyir.İnqliş narkotikin təsiri ilə mübarizə aparır,Taker isə Embrousla İnqliş arasındakı rabitəni kəsmək üçün çalışır.Taker radio stansiyası ilə tezliyi pozur və İnqliş rəqs etməyə başlayır.Embrous isə ona əmr edirki Baş naziri öldürsün.İnqliş isə gülləni şüşəyə vurur və sonra huşunu itirərək yerə yıxılır.Saymon isə aradan çıxır.
Keyt ona dodaqları ilə süni nəfəs verir və onu öpür.İnqliş bundan sonra yenidən həyata qayıdır və Saymonu öldürmək üçün paraşütlə tullanır və kanatla gedən Embrous ilə vuruşur.İnqliş ehtiyatsızlıqdan yüksəklikdən yıxılır və qarlı yerə düşür.Taker ona bildirir ki,hava raketini bağlasın.O hava raketini işə salaraq Embrousu öldürür.
İnqliş daha sonra kraliçanın sarayında həmin muzdlu qatili görür.Onu tutmaq istərkən kraliçanı döyməyə başlayır.Sonda isə muzdlu qatil tutularaq həbs olunur.
Son kadrda isə İnqliş Mountain King zalında Keyt üçün yemək hazırlayır.
Rollarda
redaktə- Rouen Atkinson — Conni İnqliş MI7-nin agenti
- Rozamound Payk — Keyt Samner MI7-nin davranış psixoloqu
- Daniel Kaluuya — Kolin Taker MI7-nin agenti,İnqlişin köməkçisi
- Cillian Anderson — Pamela Toronton MI7-nin rəhbəri
- Tim Maklarin — Paç Koterman MI7-nin ixtiraçısı və agenti
- Dominik Vest — Saymon Embrous Vorteksin 3-cü üzvü
- Mark İvanir — Artyom Karlenko (Sergey Pudovkin) MI7-yə Moskvadan cəlb edilən rus ikiqat agent.İngiltərə gəldikdən sonra adını dəişərək Sergey Pudovkin qoyub.Böyük sərvəti var və qolf klubunun ekskluziv üzvüdür.Vorteksin 2-ci adamıdır.
- Riçard Şif — Titus Fişer Mərkəzi Kəşfiyyatın keçmiş agenti.Vorteksin birinci üzvü.
- Pik Sen Lim — muzdlu qatil
- Burn Gorman — Slater Embrousun köməkçisi,Vorteksin üzvü
- Stefan Kempell Mur — Böyük Britaniyanın baş naziri
- Labo Çan — Sianq Pinq Çinin Baş naziri
- Togo İqava — İnqlişin Tibetdəki müəllimi
- Ellen Tomas — Kolin Takerin anası
Maşın
redaktəConni İnqlişin filmdəki maşını Rolls-Royce Fantom Kupedir. Onun eksperimental 9.0 litr V16 mühərriki vardır.