Conquiztador - Wikipedia
Conquiztador (ing. conquiztador + quiz) - 2002-ci ildə macar tərtibatçısı Atilla Bixari tərəfindən yaradılan strategiya elementləri olan intellektual oyun. Hər oyun üçün server təsadüfi şəkildə üç iştirakçı seçir. Məhdudlaşdırılmış fasilə zamanı iştirakçılar müxtəlif sahələrdən olan suallara cavab verirlər. Cavabların verilmə sürəti və dəqiqliyindən onlar xal qazanır və oyun ərazisini işğal edirlər. Oyun macar, farnsız, ingilis, rus, rumın, serb, bolqar, çex və italyan dillərində mövcuddur.
Conquiztador | |
---|---|
Buraxılış tarixləri | 20 oktyabr 2002 |
Janr | strategiya video oyunları |
Texniki məlumat | |
Platforma | brauzer, iOS, Android |
İdarəetmə | kompüter klaviaturası |
Rəsmi saytı |
Oyun cütlükləri 4 tipdə olur: ümumi otaqda və ya dostlar üçün otaqda blits, dostlar və duel üçün olan otaqda uzun oyun. Suallar 2 tipdə olur: seçim cavabı və cavabda mütləq rəqəm olan kviz-suallar.Bu oyunda qələbəni rəqiblərinə nisbətən ən çox ərazi tutan oyunçu qazanır.