Corc Burnutyan - Wikipedia
Corc Burnutyan (ing. George A. Bournoutian); 25 sentyabr 1943, İsfahan – 22 avqust 2021, Nyu-Cersi – erməni əsilli Amerikan tarixçisidir. Ermənistan, Qafqaz, Orta Asiya, Cənubi Asiya, Rusiya, Avstraliya və Cənubi Amerika tarixi üzrə ixtisaslaşır. Burnutyan İranika ensiklopediyasında bir neçə məqalənin müəllifidir.
Corc Burnutyan | |
---|---|
Doğum tarixi | 25 sentyabr 1943 |
Doğum yeri |
|
Vəfat tarixi | 22 avqust 2021 (77 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | professor, tarixçi |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəİlk ali təhsilini Tehranda alan Burnutyan təhsilini davam etdirmək üçün ABŞ — a yollanıb, burada Los Anceles universitetində, Riçard Hovanissyanın tələbəsi olub. Los Anceles universitetində Corc Burnutyan bakalavr, (diplom işinin mövzusu "XVII əsrdə İsfahanın erməni icması") magistr (diplom işinin mövzusu "Ermənilərin, gürcülərin və türk-tatar xalqlarının arasında siyasi və milli oyanışın yüksəlişi və onların 1905–07-ci illər Rusiya inqlabında rolu") və doktor (doktorluq işinin mövzusu "Rusiya işğalı öncəsi Şərgi Ermənistan") elmi dərəcəsini alır. IONA kollecində tarix üzrə baş professordur[1]. Ermənistan tarixinə dair bir çox kitabın müəllifidir. Kolumbiya universitetində, Taft universitetində, Nyu-York universitetində, Nyu-Cersi dövlət universitetində, Konnektikut universitetində, Ramalo və Glendeyl kollecində Ermənistan tarixindən dərs deyib. Burnutyan 5 dil bilir (həmçinin tür və azərbaycan dillərini).
Ermənistan tarix elminə verdiyi qiymət
redaktə"Çoxumuz (amerikadan olan tarixçilər) hiss edirik ki, bizim obyektiv fikrimiz təbliğatçılarla (Ermənistandakı tarixçilər nəzərdə tutulur) aramızda uçurumun yaranmasına gətirib çıxarır"
Ermənistan tarix elminin tənqidi
redaktə"Bir sıra erməni tarixçisinin 1830-cu illərdən sonrakı dövrə aid statistika haqqında danışanda Şərgi Ermənistanda İran hömkranlığı zamanı ermənilərin əhalinin ümumi sayının 30 % dən 50 % kimi göstərməsi düzgün qiymətləndirmə deyil". Əslində isə, rəsmi statistik məlumatlara əsasən, Rusiya fəthindən sonra bu ərazilərdə ermənilərin sayı heç 20 % çatmırdı, əhalinin ümumi sayının 80 % isə müsəlmanlar təşkil edirdi. İstənilən halda bu ərazi Rusiyanın nəzarətinə keçməmişdən əvvəl ermənilər burada heç zaman əhalinin çox hissəsini təşkil etməyib. Baxmayaraq ki, ümumi siyahıya alma bir neçə mahalda ermənilərin çoxluq təşkil etdiyini göstərir, bu vəziyyət həmin ərazilərdən 35 min müsəlmanın köçüb getməsindən sonra yaranmışdı. Beləliklə İran hökmranlığı dövründə ermənilərin hər hansısa bölgədə çoxluq təşkil etmələri haqqında heç bir sübut yoxdur. Demək olar ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer erməni dini mərkəzi Eçmiadzinin yerləşdiyi Kərbibasar mahalı olub. Minlərlə müsəlmanın köç etməsi və İran eləcə də Osmanlı İmperiyasından 57 min erməninn gəlməsi ilə 1832-ci ildə xristian əhalinin faiz nisbəti əhəmiyyətli dərəcədə çoxalır və müsəlmanların sayı ilə bərabərləşir. Bununla belə yalnız 1855–56 və 1877–78-ci illər rus türk müharibələrindən sonra, bölgədən çox sayda müsəlman əhalinin getməsi və bunun müqabilində çox sayda erməninin buraya köçməsi ilə ermənilər bölgə əhalisinin çox hissəsini təşkil etməyə başladılar. Hətda bu vəziyyətdə də XX əsrin əvvəllərinə kimi İrəvan əsasən müsəlman şəhəri kimi qalırdı. Alimin elmi işində göstərdiyi statistik məlumatlara əsasən 1826-cı ildə İrəvan xanlığında 54810 türk, 25237 kürd və burada yerləşən İran ordusunun və administrasiyasının nümayəndlərə olan 10000 yaxın fars yaşayırdı. Naxçıvan xanlığında isə 17138 türk və kürd, 3000 yaxın İran administrasiyası və ordusunun nümayəndələri və 2690 erməni yaşayırdı. Ordubadda 7664 müsəlman və 2388 erməni yaşayırdı. Beləliklə bütövlükdə 1826-cı ilə aid statistik məlumatlara əsasən "Şərqi Ermənistanda" müsəlmanların sayı 117849 ermənilərin isə 25151 idi[2].
Kitabları
redaktə- Eastern Armenia in the Last Decades of Persian Rule, 1807–1827. Studies in Near Eastern Culture and Society, number 5, Von Grunebaum Center, UCLA, Undena, 1982
- The Khanate of Erevan under Qajar Rule, 1795–1828. Persian Studies Series, number 13, Bibliotheca Persica, Iran Center, Columbia University, New York, 1992
- George A. Bournoutian. A History of the Armenian People. — Mazda Publishers, 1993. — Vol. I. Prehistory to 1500 A.D.. — 176 p. — ISBN 0939214962, ISBN 978–0939214969
- A History of Qarabagh. Mazda Academic Press, California, 1994
- George A. Bournoutian. A History of the Armenian People. — Mazda Publishers, 1994. — Vol. II. 1500 A.D. to the Present. — 238 p. — ISBN 1568590326, ISBN 978–1568590325
- Russia and the Armenians of Transcaucasia: A Documentary Record, 1797–1889. Mazda Academic Press, California, 1998
- The Chronicle of Abraham of Crete. Mazda Academic Press, California, 1999
- History of the Wars, 1721–1738. Mazda Academic Press, California, 1999
- The Journal of Zak`aria of Agulis, Mazda Publishers, 2002
- The Chronicle of Zak`aria of K`anak`er (2001)
- Tarikh-e Qarehbagh (Tehran)
- Two Chronicles on the History of Karabagh, Mazda Publishers, 2004
- The History of Vardapet Arak`el of Tabriz (2 vols.), Mazda Publishers, 2003–2005
- A Concise History of the Armenian People (5th revised edition), Mazda Publisher, 2006
- The Travel Accounts of Simeon of Poland, Mazda Publishers, 2007
- Historia Sucinta del Pueblo Armenio, 2007, Argentina
- Tigranes II and Rome: A New Interpretation Based on Primary Sources, Mazda Publishers, 2007
- Jambr (Simeon of Erevan), Mazda Publishers, 2009
- A Brief History of the Aghuank` Region (Esayi Hasan Jalaleants`), Mazda Publishers, 2009
- The 1823 Russian Survey of the Karabagh Province: A Primary Source on the Demography and Economy of Karabagh in the First Half of the 19th Century, Mazda Publishers, 2012 (s.e.)
İstinadlar
redaktə- ↑ http://www.iona.edu/academic/artsscience/departments/history/faculty/gbournoutian.cfm Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine George Bournoutian
- ↑ Corc Burnutyan, "XIX əsrin birinci yarısında Şərgi Ermənistanda etnik tərkib və sosial-iqtisadi vəziyyət" (The Ethnic Composition and the Socio-Economic Condition of Eastern Armenia in the First Half of the Nineteenth Century) kitab "Transcaucasua, Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia") Ronald Qriqor Süninin redaktəsi altında 1996-cı il səh. 77–80).