Corce Corceksu - Wikipedia
Corce Corceksu (12 sentyabr 1887[1] – 1 sentyabr 1964[1], Buxarest) — rumın dirijoru, violonçelçalan.[2]
Corce Corceksu | |
---|---|
ing. George Georgescu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tulça, Sulina |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Buxarest |
Milliyyəti | rumın |
Fəaliyyəti | dirijor, violonçelçalan |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBuxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir.[2]
Fəaliyyəti
redaktə1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 Corce Corceksu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 386. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.