Corciya Bogazi - Wikipedia
Corciya boğazı (ing. Strait of Georgia) - Sakit okeanında Kanadanın cənub-qərbində Britaniya Kolumbiyası vilayəti ilə ABŞ-nin Vaşinqton ştatının şimal-qərbində yerləşir. Seliş dənizinin bir hissəsidir. Vankuver adasını materikdən ayırır. Diskoveri adası boğazı iki yerə bölür: Conston, Şahzadə Şarlotta boğazı. Cənubda isə San-Xuan arxipelaqı boğazı kiçik hissələrə bölür. Uzunluğu 240 km, eni isə 18,5 – 55 km arası dəyişir. Orta dərinlik 156 m, ən dərin yeri 447 m təşkil edir. Su səthinin sahəsi 6,800 km² təşkil edir. Boğaza tökülən ən böyük çay Freyzerdir və bu boğaza tökülən suyun 80%-ni təşkil edir. Burada çoxlu adalar vardır ki, ən böyük olanı Teksada adasıdır. Adına gəldikdə isə 1792-ci ildə Corc Vankuver kral III Qeorqun şərəfinə Corciya körfəzi adlandırmışdır. 1865-ci ildə isə bu sututarın körfəz deyil boğaz olduğunu müəyyən edir. Boğazı yerli xalq körfəz adlandırır.
Corciya boğazı | |
---|---|
ing. Strait of Georgia | |
Ümumi məlumatlar | |
Eni | minimum 18,5 km |
Uzunluğu | 240 km |
Ən böyük dərinliyi | 447 m |
Yerləşməsi | |
49°18′ şm. e. 123°46′ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası |
|
Ayırır | Vankuver adasını materikdən |
|
|
Vikianbarda əlaqəli mediafayllar |