Cotoneaster Divaricatus - Wikipedia
Şaxələnmiş dovşanalması (lat. Cotoneaster divaricatus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Şaxələnmiş dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Şaxələnmiş dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəYarpaqlı koldur. Çində yayılmışdır.
Botaniki təsviri
redaktəDüz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir. Meyvələri sentyabrda yetişir, uzunluğu 1,1 sm, diametri 0,6-0,7 sm, oval, parlaq tünd qırmızı, 2 çəyirdəklidir.
Ekologiyası
redaktə-290C-dək şaxtaya davamlıdır. Nəmişli, gillicəli, yaxşı drenajlı torpaqlarda, günəşli yerdə asanlıqla becərilir. Məhsuldar olmayan torpaqlara dözür, əsasən yamaclarda bitir və quraqlığa davamlıdır. Havanın çirklənməsinə dözür.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi
redaktə1904-cü ildən mədəni şəraitdə becərilir. Parlaq yaşıl yarpaqları, tünd qırmızı meyvələri və payız yarpaqları ilə çox dekorativdir.