Cotoneaster Rotundifolius - Wikipedia
Yumruyarpaq dovşanalması (lat. Cotoneaster rotundifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Yumruyarpaq dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yumruyarpaq dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəVətəni Şərqi Sibirdir.
Botaniki təsviri
redaktəDüz dayanan budaqlı, hündürlüyü 4 m-dək olan koldur. Zoğları boz-qonurdan qaramtıl-qonur rəngli, əvvəlcə tükcüklü, sonradan çılpaqdır. Saplağı 1-3 mm, tükcüklü, yalançı zoğları lansetvari, ucu küt, bəzən itidir. Yarpaqları uzunsov formalı, payızda sıx, yaşıl rəngli, sonra al-qırmızı rəngli olur. Mayın axırları çiçəkləmyə başlayır və iyunun ortalarınadək davam edir. Çiçəklərin diametri təxminən 1 sm, kiçik, çəhrayı, bir saplaqda 5-8 çiçək olur. Çiçək qrupları 1-3 çiçəkli, çiçək altlıqları xətvari-lansetvaridir. Çiçək saplağı 2-4 mm, tükcüklüdür. Ləçəkləri 4-5 mm, ağ və ya qırmızı, enli-yumurtavari və ya əks-yumurtavari, bünövrəsi qısadır. Erkəkcikləri 20-dir. Çiçəkləmədən sonra yumru meyvələri əmələ gəlir. Meyvələri giləmeyvələrə bənzəyir, qırmızı, əks-yumurtavari, diametri 7-9 mm-dir. 4 ildən sonra meyvə verməyə başlayır.
Ekologiyası
redaktəSoyuğa davamlı, quraqlıqdan və ya əksinə yüksək nəmişlikdən qorxmur. Şəhər mühitinə yararlıdır. İstənilən torpaqda kölgəli ərazilərdə bitə bilər.
Azərbaycanda yayılması
redaktəAbşeron və yarımadaya yaxın yerlərdə, park və bağlarda istifadə olunur.
İstifadəsi
redaktəPayızda sahələrdə canlı hasar və ya dekorativ fiqur kimi istifadə edilir. Yamacların bərkidilməsi üçün istifadəsi məqsədəuyğundur.