Crataegus Zangezura - Wikipedia
Zəngəzur yemişanı (lat. Crataegus × zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Zəngəzur yemişanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Zəngəzur yemişanı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Təbii yayılması
redaktəTəbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını əhatə edir. Endemik bitkidir. Gorus çay yamacından təsvir edilmişdir (Gorus şəhərinin yaxınlığında).
Botaniki təsviri
redaktəHündürlüyü 1,5 m-dək olan koldur. Budaqları tünd boz, zoğları nazik, tünd qonur, çılpaq və ya bir az tükcüklüdür. İynələri azsaylı, qoltuq zoğları yarpaqsiz, qısa, uzunluğu 7-10 mm, təxminən tünd bozdur. Yarpaqların üstü tünd yaşıl, alt tərəfi bir az açıq və çılpaqdır. Meyvə verən zoğlarda alt yarpaqları uzunsov-əks yumurtavari, ensiz ayalı, 3 bölümlü, yarpaqların uzunluğu və eni 3,5 sm-dək, kəsiyində enli-yumurtavaridir. Ayası bəzən yumru, bünövrəli, beş yerə bölünmüş, bəzən isə yuxarı hissəsi kəsiklidir. Steril zoğlarda yarpaqları ayasında daha dərin bölünmüş, yuxarı hissədə pərləri, qeyri-bərabər iri dişli, bəzən küt və enlidir. Çiçək qrupları kiçik, az çiçəkli, çiçək saplağının uzunluğu 6-9 sm, çılpaq və ya azsaylı tükcüklüdür. Meyvələri ellipsvari, uzunluğu 6-9 mm, albalı rəngli, sulu lətli, təxminən 2, bəzən 3 çəyirdəklidir. Meyvəsi sentyabr-oktyabrda yetişir.
Ekologiyası
redaktəYamaclarda və qayaların arasında tək bitir.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
redaktəDekorativ çiçəklərə və meyvələrə mlikdir. Yaşıllaşdırmada geniş istifadə olunur.