Crataegus Almaatensis - Wikipedia
Almatı yemişanı (lat. Crataegus almaatensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Almatı yemişanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Almatı yemişanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəVətəni Orta Asiyadır.
Botaniki təsviri
redaktəHündürlüyü 4-6 m-ə çatan, yumru çətirli ağacdır. Yarpaqlarının diametri 7-8 sm, ayanın üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıldır, aprelin ikinci yarsında kütləvi yarpaqlama müşahidə olunur. Çiçəkləri ağdır, diametri 1,2 sm-ə qədər olan çətir çiçək qrupuna yığılmışdır. Mayın axırı və iyunun birinci ongünlüyü daxil olmaqla 13-15 gün ərzində çiçəkləyir. Meyvələrin diametri 1,3-1,6 sm, yumru, tünd-qırmızı çəyirdəkmeyvədir, sentyabrın birinci ongünlüyündə yetişir. Vegetativ və toxumla çoxaldılır.
Ekologiyası
redaktəİşıqsevəndir, soyuq, tüstü və qaza davamlı bitkidir.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın bəzi bölgələrində becərilir.
İstifadəsi
redaktəAlmaata yemişanının meyvəsi, yarpağı və çiçəyi xalq təbabətində böyük müalicəvi əhəmiyyətə malikdir. Qrup və tək əkinlərdə, qoruyucu meşə zolaqlarının salınmasında istifadə edilir. Park və bağların yaşıllaşdırılmasında tətbiq edilir.