Crataegus Collina - Wikipedia
Təpəcikli yemişan (lat. Crataegus collina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Təpəcikli yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Təpəcikli yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəTəbii halda Şimali Amerikada çayların kənarındakı təpəciklərdə, quru yamaclarda və seyrək meşələrdə yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 5-8 m olan ağacdır. Budaqlarının üzərində seyrək halda 3-7 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları tərs yumurtavari və ya ellipsvaridir. Uzunluğu 3-9 sm, eni isə 2-5 sm-dir, iti uclu və ya kütdür. Budaqlarının hər iki tərəfi zəif tükcüklüdür. Meyvəsi dairəvi, qəhvəyi-qırmızı rəngdədir. Toxumla çoxaldılır.
Ekologiyası
redaktəMünbit torpaqlarda yaxşı bitir. İstiyə, kölgəyə davamlı olub, rütubət sevəndir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəYaşıllaşdırmada geniş ərazilərdə istifadə edilməsi məqsədyönlüdür.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.