Crataegus Pseudoheterophylla - Wikipedia
Crataegus Pseudoheterophylla - Wikipedia - Haqqında Məlumat
Yalançı müxtəlifyarpaq yemişan (lat. Crataegus pseudoheterophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yalançı müxtəlifyarpaq yemişan | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yalançı müxtəlifyarpaq yemişan |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbii yayılması
redaktəİran, Qafqaz, İraq, Əfqanistanda təbii halda yayılmışdır.
Botaniki təsviri
redaktəAçıq-qırmızı, boz rəngli budaqları olan kiçik ağac və ya koldur. Yarpaqları lələkvari, üst tərəfi parlaq açıq-yaşıl, alt tərəfi göyümtüldür. Meyvəsi yumurtavari formalı, qəhvəyi-qırmızı rənglidir.
Ekologiyası
redaktəDəniz səviyyəsindən 1200-2000 m hündürlükdə daşlı qayalıqlarda bitir. İstiyə, soyuyğa davamlı olub, torpağa təlabkar deyildir.
Azərbaycanda yayılması
redaktəBöyük və Kiçik Qafqaz, Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
redaktəDekorativ görünüşə malikdir. Yaşıllaşdırmada istifadə edilir.