Culfa Sehristani - Wikipedia
Bu məqalə Culfa şəhristanı haqqındadır. Digər mənalar üçün Culfa səhifəsinə baxın. |
Culfa şəhristanı — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanlarından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Culfa şəhəridir.
Culfa şəhristanı | |
---|---|
38°51′ şm. e. 45°48′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhristan Azərbaycan Respublikası ilə (əsasən Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Ordubad rayonlarıyla; çox kiçik bir hissəsi Qarabağ bölgəsiylə, Zəngilan rayonuyla), və Ermənistanın Sünik mərzi ilə (Ermənistan-İran sərhədinin tamamı bu bölgədən keçir) həmsərhəddir.
Coğrafi mövqeyi
redaktəCulfa bölgəsi Şərqi Azərbaycan ostanının şimal-qərb hissəsində Kəmçi dağının şimalında və Araz çayının güneyində yerləşir. Cənubdan Mərənd və Vərziqan, şərqdən Kəleybər, qərbdən Ərəbçölü bölgələri və şimaldan Azərbaycan (Ordubad, Culfa və Babək rayonları) və Ermənistan (Meğri rayonu) respublikaları ilə həmsərhəddir. Bölgənin gəzməli-dolanmalı kəndlərindən Duzal, Nücəmehir, Kürdəşt,Üştibin və sairə yaşayış yerlərini örnək göstərmək olar.[2]
Tarixi abidələri
redaktə- Dadaşzadə hamamı
- Naxırçı kilsəsi
- Sənt-Stepanus kilsəsi
- Ziyaülmülk naxçıvanı körpüsü(Azərbaycanın Naxçıvan Muxtar Respublikasıilə sərhəddə yerləşir
- Duzal kəndində imamzadə şüəyb türbəsi
- İmamzadə məhəmməd türbəsi
- Üştibin kəndi
- Kürdəşt hamamı[3]
- Kürdəşt qalası
- Nənə Məryəm kilsəsi
- Xoca Nəzər karvansarası
- Əlibəy qalası
- Müqəddəs Məryəm kilsəsi
- Xoca Yaqub türbəsi
- İmamzadə seyid ibrahim türbəsi[4]
Soy və dil
redaktəCulfa bölgəsinin milli tərkibi tamamilə azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Əhalisi şiə inanclıdır. Bölgədə yaşayanlar əsasən əkinçilik, davar saxlamaq və Azərbaycan respublikası ilə ticarət etməkdən dolanırlar.[5]
Mətbəx
redaktə- Qurud-qəlyə aşı
- Qurudlu küftə[6]
Culfa şəhristanının şəhərləri
redaktə- Culfa
- Siəh Rud
- Gərgər-Ələmdar (hazırkı rəsmi adı Hadişəhr)
Culfa şəhristanının bəxşləri
redaktə- Mərkəzi bəxşi
- İnzibati mərkəzi: Culfa; digər şəhəri: Gərgər-Ələmdar (Hadişəhr)
- DEHİSTANLARI:
- Dəran dehistanı
- KƏNDLƏRİ: Əfşar, Əhmədabad, Əlvan, Dəran, Mərazad, Məzrayə-i Məncanabad
- Ersi dehistanı
- KƏNDLƏRİ: Ersi, Livarcan, Novşirəvan, Qışlaq, Siyahsəran, Zəviyə
- Şuca dehistanı
- KƏNDLƏRİ: Ağbulaq, Gülfərəc, Heydərabad, Kiliddağı, Qarabulaq, Sərkeş, Şahmar, Şuca, Silgərd, Talıbqulu, Təzəkənd
- Dəran dehistanı
- Siyahrud bəxşi
- İnzibati mərkəzi: Siəh Rud
- DEHİSTANLARI:
- Dizmar-i Qərbi dehistanı
- KƏNDLƏRİ: Hələq, İri-yi Süfla, Komar-i Ülya, Komar-i Süfla, Vədiq
- Novcamehr dehistanı
- KƏNDLƏRİ: Əlifabad, Əniq, Əqan, Dostaşina, Duzal, Elsevən, Kürdəşt, Müsən, Miyanə-i Kürd Əhməd, Nəmnəq, Nəzərkəndi, Novcamehr, Nurdüz, Uruc, Pəhnavar, Pirbulaq, Qaradərə, Qaraçı-i Mədən, Qışlaq-i Ərəmanə, Qışlaq-i Nuaki, Qulan, Təlkəri, Üştibin
- Dizmar-i Qərbi dehistanı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
- ↑ Bölgənin coğrafiyası:Culfa bölgəsinin coğrafiyası Arxivləşdirilib 2019-12-12 at the Wayback Machine
- ↑ Culfa haqqında:Culfa bölgəsindəki tarixi abidə və tikintilər Arxivləşdirilib 2021-03-07 at the Wayback Machine
- ↑ Gəzməli yerlər:Culfa bölgəsinin tarixi abidələri haqqınd Arxivləşdirilib 2019-12-12 at the Wayback Machine
- ↑ Əhalisi: Culfa bölgəsinin əhalisi Arxivləşdirilib 2019-12-12 at the Wayback Machine
- ↑ mətbəx Culfa mətbəxi Arxivləşdirilib 2020-02-15 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Şərqi Azərbaycan ostanının rəsmi saytı Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |