Culfa Karvansarayi - Wikipedia
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi.
Culfa karvansarası | |
---|---|
39° şm. e. 45° ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Culfa rayonunun Gülüstan kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Material | kərpic |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır.
Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zal haqqında qəti fikir söyləmək çətindir. Lakin belə plan quruluşuna malik köhnə məscidlər də məlumdur.
Ədəbiyyat
redaktə- Salamzadə Ə. V., Məmmədzadə K. M. Arazboyu abidələr. Bakı, 1979;
- Salamzadə Ə. V., Məmmədzadə K. M., Azərbay can memarlığının Naxçıvan məktəbi abidələri. Bakı, 1985.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh. 62 (az.)