Culfalar Mescidi - Wikipedia
Culfalar məscidi — XIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir. İki mərtəbəlidir. Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği. [1]
Culfalar məscidi | |
---|---|
39°45′30″ şm. e. 46°45′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Ü.Hacıbəyov küçəsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Kərbəlayı Səfixan Qarabaği |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | naməlum |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 5092 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikilmiş eyni adlı məscid də Kərbalayi Səfixanın yaradıcılıq ideyaları əsasında inşa edilmişdir. Məscidin ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı var. Baş fasadın ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalı baş fasad və mehrab tərəfdən qoyulmuş iki pəncərə vasitəsilə işıqlanır. Məscidin dam örtüyü adi yaşayış binalarında olduğu kimi dördbucaqlıdır. Qarşısında çox da geniş olmayan meydan var. Həmin meydan qarşıdan keçən şəhər küçəsi ilə məhdudlaşır. [2]
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "https://kataloq.gomap.az". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Culfalar məscidi". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)