Culiya Gillard - Wikipedia
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri.
Culiya Qillard | |
---|---|
Julia Gillard | |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Partiyası | |
juliagillard.com.au | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAvstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir.
Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Qillard öz siyasi kumiri kimi Enyurin Bivenin adını çəkir. Vətəndaş nikahında olan Culia Qillardın uşağı yoxdur. Qillard baptist ənənələri ilə böyüsə də, Allaha inanmır:
"Mən dini inanclara hörmətlə yanaşıram, lakin bu mənim inancım deyil"[2].
İstinadlar
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |