Cuzeppe Cezari - Wikipedia
Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568[1][2], Arpino[d], Latsio[3][5][…] – 3 iyul 1640[3][4][…], Roma[3][5][…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur.
Cuzeppe Çezari | |
---|---|
Doğum tarixi | fevral 1568[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1640[3][4][…] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, memarlıq çertyojçusu[d], memar, vizual incəsənət rəssamı |
Janrlar | dini rəssamlıq[d][6], janr rəssamlığı[6], tarix rəssamlığı[6], peyzaj[6], batal janrı[6], mifologiya rəssamlığı[d][6], nü[6], portret[6] |
Stil | manyerizm[5][7] |
Tələbələri | Qvido Ubaldo Abbatini[d], Françesko Alleqrini[d][5] |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəCüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur. 1607-ci ildə rəssam yeni Papa rəhbərliyi tərəfindən həbs etdirilmiş, 1640-cı ildə vəfat etmişdir.
Tələbələri
redaktəCüzeppe Sezarinin oğlanları Muzio və Bernardino rəssamın tələbələri olmuşdur. Bundan başqa Cüzeppe bir çox məşhur rəssam; Françesko Alleqrini da Qubbio, Quido Ubaldo Abatini, Vinçenzo Manenti və Bernardino Parasolenin müəllimi olmuşdur. Cüzeppenin ən görkəmli tələbəsi isə şüphəsiz ki, italyan rəssam Mikelancelo Merisi Karavaccodur. Karavacco 1593-1594-cü illər ərzində Sezarinin emalatxanasında çalışmışdır.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Cesari, Giuseppe (nid.). RKD.
- ↑ 1 2 3 Roettgen H. CESARI, Giuseppe, detto il Cavalier d'Arpino // Dizionario Biografico degli Italiani (it.). 1980. Vol. 24.
- ↑ 1 2 3 4 5 6 Arpino, Cavaliere d’ (ing.). [Oxford, England]: OUP, 2002.
- ↑ 1 2 Giuseppe Cesari (nid.).
- ↑ 1 2 3 4 5 6 Union List of Artist Names (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 RKDartists (nid.).
- ↑ Giuseppe Cesari // Art UK. Art UK.