Dord Fesil Vivaldi - Wikipedia
Dörd fəsil (Italian: Le quattro stagioni) – italyan bəstəkarı Antonio Vivaldi tərəfindən bəstələnmiş dörd violonçel üçün konsertlər dəsti. 1723 – cü ildə bəstələnmiş "Dörd fəsil" Vivaldinin ən məşhur əsəri olmaqla yanaşı, eyni zamanda Barokko dövrü musiqisinin də ən məşhur nümunələrindəndir. Dəstə daxil olan konsertlərin hər biri müxtəlif məzmun daşıyaraq, aid olduğu fəslin xüsusiyyətlərini əks etdirir. Məsələn "Qış" parlaq yüksək səsli notlarla bəzədildiyi halda, "Yay" özünün "Fırtına" da adlandırılan son hissəsində sanki fırtınanı səsləyir.
Le quattro stagioni | |
---|---|
it. Cimento dell'armonia e dell'inventione. N. 1.-4. | |
| |
Bəstəkar | Antonio Vivaldi |
Forma | violonçel üçün konsert |
Opus | 8 |
Premyera | |
Hissələr |
Yaz Yay Payız Qış |
Musiqi alətləri | |
skripka, skripka, alt, violonçel | |
Vikianbarda əlaqəli mediafayllar |
Konsertlər ilk dəfə 1725 – ci ildə Vivaldinin on iki konsertdən ibarət op. 8 konsertlər seriyası kimi "Il cimento dell'armonia e dell'inventione" (Harmoniya və kəşf arasında yarışma) adıyla nəşr edilmişdir. İlk dörd konsret "Le quattro stagioni" adlandırılmış, həmin dörd konsertin hər biri daha sonra fəsillər kimi tanınmışdır. Hər konsert biri yavaş, ikisi isə bir qədər sürətli olmaqla üç parçadan ibarətdir. "Dörd fəsil" in yazılması zamanı çağdaş solo (tipik müasir solo və ya orkestrın müşayəti ilə solo) ifa tərzi hələ lazımı qədər tanımlanmamışdı. Vivaldinin solo violançelin ifası ilə skripka kvarteti və kontrabasın ifasını original şəkildə ayarlaması isə konsertin məzmununu tamamlamağa xidmət etmişdir.
Konsertlər
redaktəKonsert № 1 "Yaz" RV 269
redaktəKonsert № 2 "Yay" RV 315
redaktəKonsert № 3 "Payız" RV 293
redaktəKonsert № 4 "Qış" RV 297
redaktəSonetlər və təlimatlar
redaktəDörd konsert dörd soneti müşayət etmək üçün yazılmışdır. Həmin sonetlərin kim tərəfindən yazılması bilinməsə də, onları Vivaldinin özünün yazması haqqında fikirlər vardır. Sonetlər konsertlərin strukturuna uyması üçün üç parçaya ayrılmışdır. Əgər həqiqətən də Vivaldi sonetləri konsertlərlə birgə ifa üçün yazmışdısa, onda, "Dörd fəsil" sadəcə konsert yox, musiqi proqramı tipli bir əsər kimi xarakterizə edilə bilər.[2]
Sonetlərdən əlavə olaraq Vivaldi əsərlər üçün "Hürən it" ("Yaz"ın ikinci hissəsi üçün), "İstinin yaratdığı bitkinlik" ("Yay"ın ilk hissəsi üçün) və "Yuxuya dalmış əyyaşlar" ("Payız"ın ikinci hissəsi üçün) təlimatlar da yazmışdı. "Dörd fəsil" Vivaldinin fleyta üçün yazılmış əsərləri ilə birgə 1981 – ci ildə çəkilmiş "Dörd fəsil" filmində istifadə edilmişdir.
Lent yazıları
redaktəƏsərin ilk lent yazısı mübahisə mövzusu olaraq qalmaqdadır. Ortada violonçel ifaçısı Alfredo Kampoli tərəfindən 1939 – cu ilin əvvəllərində yazdırılmış və fransız tele-radio şirkətindən təsdiq almış kompakt disk var.[3] Lakin ilk uyğun elektrin səsyazma 1942 – ci ildə Bernardino Molinari tərəfindən həyata keçirilmişdir və həmin ifa əsərin bütün müasir ifalarından fərqlənən xüsusiyyətlərə malik idi. Molinarinin ifasında bu ilk lent yazısı Cetra üçün hazırlanmış və İtaliyada, sonradan isə ABŞ – da altı iki üzlü valda satışa buraxılmışdı. Sonradan bu yazı 1950 – ci ildə yenidən, lakin bu dəfə uzun müddətli albom – kompakt disk şəklində istehsal edilmişdir.
Əsərin sonrakı lent yazılarının meydana çıxması da sürpriz olmamışdı. Növbəti səsyazma 1948 – ci ildə violonçel ifaçısı Luis Kaufman tərəfindən həyata keçirilmiş və bəzi tədqiqatçılar tərəfindən səhvən ilk səsyazma hesab edilmişdir. İfaçılar Henri Svoboda, Edit Veis-Mənn (harpsichord) və Eduard Nies-Berger (orqan) nın qatılımı ilə "The Concert Hall Chamber Orchestra" olmuşdur.[4] Bu səsyazma əsərin yenidən məşhurlaşmasına və Avropa və Amerikada repertuarlara daxil edilməsinə səbəb olmuşdur. O, 1959 – ci ildə Fransada "Grand Prix du Disque" mükafatına layiq görülmüş, 2002 – ci ildə Qremmi Ulduzlar zalına seçilmiş, 2003 – cü ildə isə Konqres Kitabxansının Milli Səsyazmaları siyahısına daxil edilmişdir. Kaufmanın "Dörd fəsil"i ifa etməsi birgə nəşr edildiyi digər konsertlərə də maraq oyandırmış və onlar ilk dəfə 1950 – ci ildə Sürixdə lentə alınmışdır.[5]
Feliks Eyonun da qatılımı ilə 1955 – ci ildə əsər "I Musici" nin təşkilatçılığı ilə müxtəlif solistlərin ifasında təqdim edilmişdir. 1955 – ci il dəsti əsərin müxtəlif solistlərin ifasında yazılmış ilk ifası idi. Sonradan əsər "I Musici"nin təşkilatçılığı ilə Feliks Eyonun, 1969 – cu ildə Roberto Mişeluççinin, 1982 – ci ildə Pina Karmirellinin, 1990 – cı ildə Federiko Aqostininin və 1995 – ci ildə Marina Sirbunun ifasında lentə alınmışdır. Müqəddəs Martin Akademiyasında gerçəkləşdirilən 1969 – cu il səsyazması Nivill Marrinerin rəhbərliyi və solist Alan Lavdeyin qatılımı ilə həyata keçirilmişdi.[6]
"Dörd fəsil"in 1989 – cu ildə Naycl Kennedi və İngiltərə Simfonik Orkestrı tərəfindən hazırlanmış səsyazması iki milyon nüsxə ilə satılaraq, bütün zamanların ən çox satılan klassik əsərlərindən biri olmuşdur.[7] Cil Şaham və Orfey Simfonik Orkestrının ifası ilə yazılmış versiya isə əsərin ən yaxşı ifa nümunələrindən biri olmaqla yanaşı "Qış" konsertinin birinci hissəsinə klip də çəkilmişdir.
Dünya səsyazma işlərinin ensiklopediyasına 1952 – ci ildə əsərin iki səsyazma nümunəsi – Molinari və Kaufmanın səsyazmaları daxil idi. 2011 – ci ildə isə ensiklopediyaya 1939 – cu ildə Kampolinin səsyazmasından sonra yazılmış 1.000 müxtəlif səsyazma nümunəsi daxil idi.
Yaradıcılıq işləri
redaktə1765 – ci ildə fransız bəstəkarı Mişel Korette xor üçün motet bəstələmiş, "Laudate Dominum de Coelis" onu "Motet à Grand Chœur arrangé dans le Concerto de Printemps de Vivaldi" adlandırmışdır. Xor və orkestr üçün hazırlanmış əsərdə Vivaldinin "Yaz" konsertindən və Psalmların sözlərindən istifadə edilmişdi.[8]
İstinadlar
redaktə- ↑ Ogg Vorbis formatında musiqi parçası
- ↑ Los Angeles Chamber Orchestra program notes Arxivləşdirilib 2012-07-15 at the Wayback Machine.
- ↑ Pearl GEMM CD 9151
- ↑ Concert Hall Records, CHS. set AR; reissued on Naxos Historical 8.110297-98.
- ↑ #CHS.CHC 1064 (#Nix.CLP 1061-1/2)
- ↑ Norman Lebrecht. The Life and Death of Classical Music. New York: Anchor Books, 2007, ISBN 978-1-4000-9658-9, p. 219.
- ↑ Wright, Steve. "Not quite Vivaldi: Nigel Kennedy remembers Hendrix". CNN. 23 August 1999. 13 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2011.
- ↑ Hopkins, Translated by Bill. Antonio Vivaldi; his life and work. Berkeley: University of California Press. 1970. səh. 87. ISBN 9780520016293. İstifadə tarixi: 15 July 2011.