Dovlet Suverenliyi Gunu Azerbaycan - Wikipedia
Dövlət Suverenliyi Günü — Antiterror əməliyyatından sonra Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gün.
Dövlət Suverenliyi Günü | |
---|---|
Rəsmi adı | Azərbaycanın Dövlət Suverenliyi Günü |
Ölkə | Azərbaycan |
Növ | İş günü hesab edilən bayram günü |
Tarix | 20 sentyabr |
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən qeyd edilir.
Tarixi məzmun
redaktəBirinci Qarabağ müharibəsində Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib.[1] Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlər viran edilib, bir neçə qətliam və Xocalı soyqırımı törədilib.
2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.[1] Hərbi əməliyyatlar 2020-ci noyabrın 10-da ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatıb.[2] Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.[3]
Üçtərəfli bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürüb. Lakin Ermənistan xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb. Bundan başqa Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.[4]
2023-cü il sentyabrın 18-də Azərbaycanın hava sahəsindən uçuşlar yerinə yetirən sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə qarşı Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə olan qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələr tətbiq edilib.[5] Nəticədə Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"nın E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-ə qədər radiomaneələrin tətbiqi nəticəsində GPS naviqasiya sistemlərində fasilə yaranıb.[6]
2023-cü il sentyabrın 19-da Xocavənd rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobili minaya düşüb, nəticədə sürücü və sərnişini hadisə yerində həyatını itirib.[7][8][9]
Daha sonra elə həmin gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işçilərinin öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən polis işçilərinin də maşını minaya düşüb nəticədə DİN-in 4 polisi həyatını itirib, 5 polis isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.[10] Daha sonra məlum olub ki, maşın sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşüb.[11]
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının suverenliyi tam bərpa edib. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxıblar.[12]
Təsis edilməsi
redaktəDövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən qeyd edilir. Sərəncamda deyilir:[13]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq qərara alıram:
1. Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – Ermənistan-Azərbaycan münaqişəsi" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
- ↑ President.az (Azərbaycan Prezidentinin rəsmi saytı). "İlham Əliyev xalqa müraciət edib". www.president.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ "Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi — Sərəncam". Qafqazinfo (az.). 2024-09-19. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ "Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlanıb, tank götürülüb". Report İnformasiya Agentliyi (az.). 26 mart 2024. 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Müdafiə Nazirliy: Qanunsuz erməni silahlıları sərnişin təyyarəsinə qarşı növbəti dəfə radiomaneələr tətbiq edib VİDEO". www.azertag.az (az.). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi. "Müdafiə Nazirliyinin məlumatı". www.mod.gov.az (az.). 2023-09-20. 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Xocavənddə avtomobil minaya düşüb, sürücü və sərnişin ölüb". www.azertag.az (az.). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Xocavənddə baş verən partlayışla bağlı cinayət işi başlanılıb". www.azertag.az (az.). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "AAYDA Xocavəndə baş verən partlayışla bağlı məlumat yayıb". www.azertag.az (az.). 2023-09-20. 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Daxili İşlər Nazirliyinin polislərinə qarşı törədilmiş terror hadisəsi ilə bağlı cinayət işi açılıb". www.azertag.az (az.). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Xocavənddə baş verən terror hadisəsi zamanı həyatını itirən DİN polislərinin sayı 4-ə çatıb". www.azertag.az (az.). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Məlumat vərəqələri antiterror tədbirlərinin aparıldığı ərazidə paylanılır". www.azertag.az (az.). 2023-09-20. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
- ↑ "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-09-19. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.