Dusbere - Wikipedia
Dusbere - Wikipedia - Haqqında Məlumat
Düşbərə — Azərbaycanın milli xörəklərindən biri. Qoyun ətindən bişirilir.
Azərbaycan Milli Mətbəxi
Lazım olan ərzaqlar:
- Qoyun əti — 108 q.
- Buğda unu — 40 q.
- Yumurta — 1/4 ədəd
- Baş soğan — 18 q.
- Şərab sirkəsi — 10 q.
- Keşniş — 15 q.
- Nanə qurusu −10 q.
- İstiot
- Duz.
Hazırlanma qaydası: Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2–3 qram qiymə qoyulur. Kvadratlar ortadan və ya üçkünc qatlanıb küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4 −5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarımsaqla sirkə qoyulur, üstünə isə keşniş və ya quru nanə səpilir.
İstinadlar
redaktəMənbə
redaktə- Düşbərə Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine