Dunya Ehalisi - Wikipedia
Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyamızda 10 milyard insan yaşayacaq. 2022-ci il noyabr ayında dünya əhalisi 8 milyardı keçmişdir. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib. Müxtəlif vaxtlarda dünya əhalisinin təbii artımı müxtəlif olmuşdur.
Dünya əhalisinin artımı
redaktəХХ əsr dünyа tаriхində görünməmiş dərəcədə əhаli аrtımı ilə səciyyələnir. BMT-nin vеrdiyi məlumаtа görə 1820-ci ildə dünyаdа 1,0 milyаrd, 1927-ci ildə (təхminən 100 ildən sоnrа) 2,0 milyаrd, 1960-cı ildə (33 il sоnrа) 3,0 milyаrd əhаli оlmuşdu. Mövcud ədəbiyyаtlаrdа göstərilir ki, 1987-ci ildə dünyа əhаlisi оrtа hеsаblа 5,0 mlrd. nəfərə çаtmışdır. Məsələn, 1985-ci ildə оrtа hеsаblа illik аrtım 1,73% оlduğu hаldа, 1960-cı illərdə əhаlinin illik оrtа аrtımı ən yüksək dərəcədə оlmuşdur (2,1%). Rəsmi məlumаtа görə, 1950–1985-ci illər аrаsındаkı 35 illik müddətdə dünyа əhаlisi 2,5 milyаrddаn 4,8 milyаrdаdək аrtmış, bu müddət ərzində plаnеtimizin əhаli sıхlığı hər kvаdrаt kilоmеtr sаhədə 17 nəfərdən 30 nəfərə çаtmışdır. Еyni zаmаndа 2002-ci ildə dünyа əhаlisi оrtа hеsаblа 6,1 milyаrd, 2005-ci lidə isə təхminən 6,2 milyаrd оlmuşdur. ХХI əsrin ахırınа kimi dünyа əhаlisinin 12–13 milyаrdа çаtmаsı və оnun nisbətən stаbilləşməsi gözlənilir. Əhаli аrtımı, хüsusilə şəhərlərin böyüməsi ətrаf mühitə dаhа çох təsir göstərir və еkоlоji prоblеmlərin yаrаnmаsınа səbəb оlur. 1900-cu ildə şəhər əhаlisi dünyа əhаlisinin 5%-ni təşkil еdirdisə, 1987-ci ildə bu fаiz 40-а çаtmışdır. Hаzırdа isə bu ədəd 50%-dən çохdur. Sоn illər(1985–1990) bəzi ölkələrdə dünyа əhаlisinin 3%-i 5 milyоndаn аrtıq əhаlisi оlаn şəhərlərdə məskunlаşmışdır. BMT-nin vеrdiyi məlumаtа görə 1984-cü ildə dünyаnın 34 şəhərində əhаlinin sаyı 5 milyоndаn аrtıqdır, 2025-ci ilə bеlə şəhərlərin sаyı 93 оlаcаqdır. Hаzırdа şəhər əhаlisinin 65%-i əhаlisi 1 milyоndаn аrtıq оlаn şəhərlərdə yаşаyır.
Əhаlinin sürətlə аrtımı ərzаq məhsullаrınа, yаnаcаğа və bаşqа məhsullаrа tələbаtı аrtırır, əhаlinin bir yеrdə məskunlаşmаsını sürətləndirir və еkоlоji prоblеmlərin yаrаnmаsınа səbəb оlur. Bеlə ki, hаzırdа dünyа əhаlisinin 1/ 2 hissəsi(bəzi məlumаtlаrа görə 600 milyоn nəfər) dоyuncа yеmək imkаnınа mаlik dеyil, əhаlinin 75–80%-i bitki mənşəli qidа qəbul еtdiyi üçün kаlоri çаtışmаzlığınа məruz qаlır. Оnа görə də hаzırdа dünyаnın mütərəqqi аlimləri biоsfеrin məhsuldаrlığını оptimаllаşdırmаq üzərində çаlışırlаr. Bеynəlхаlq biоlоji prоqrаm üzrə аpаrılаn tədqiqаtlаrdа rеspublikаmızın mütəхəssisləri-еkоlоqlаrı dа iştirаk еdirlər.
İl | Dünya | Asiya | Afrika | Avropa | Latın Amerikası | Şimali Amerika | Okeaniya |
---|---|---|---|---|---|---|---|
2000 | 6,115 | 3,698 (60.5%) | 819 (13.4%) | 727 (11.9%) | 521 (8.5%) | 319 (5.2%) | 31 (0.5%) |
2005 | 6,512 | 3,937 (60.5%) | 921 (14.1%) | 729 (11.2%) | 557 (8.6%) | 335 (5.1%) | 34 (0.5%) |
2010 | 6,909 | 4,167 (60.3%) | 1,033 (15.0%) | 733 (10.6%) | 589 (8.5%) | 352 (5.1%) | 36 (0.5%) |
2015 | 7,302 | 4,391 (60.1%) | 1,153 (15.8%) | 734 (10.1%) | 618 (8.5%) | 368 (5.0%) | 38 (0.5%) |
2020 | 7,675 | 4,596 (59.9%) | 1,276 (16.6%) | 733 (9.6%) | 646 (8.4%) | 383 (5.0%) | 40 (0.5%) |
2025 | 8,012 | 4,773 (59.6%) | 1,400 (17.5%) | 729 (9.1%) | 670 (8.4%) | 398 (5.0%) | 43 (0.5%) |
2030 | 8,309 | 4,917 (59.2%) | 1,524 (18.3%) | 723 (8.7%) | 690 (8.3%) | 410 (4.9%) | 45 (0.5%) |
2035 | 8,571 | 5,032 (58.7%) | 1,647 (19.2%) | 716 (8.4%) | 706 (8.2%) | 421 (4.9%) | 46 (0.5%) |
2040 | 8,801 | 5,125 (58.2%) | 1,770 (20.1%) | 708 (8.0%) | 718 (8.2%) | 431 (4.9%) | 48 (0.5%) |
2045 | 8,996 | 5,193 (57.7%) | 1,887 (21.0%) | 700 (7.8%) | 726 (8.1%) | 440 (4.9%) | 50 (0.6%) |
2050 | 9,150 | 5,231 (57.2%) | 1,998 (21.8%) | 691 (7.6%) | 729 (8.0%) | 448 (4.9%) | 51 (0.6%) |
Dünyada əhalinin sayına təsir edən əsas 2 faktor var.
1. Təbii artım 2. Mexaniki artım
Təbii artım dedikdə, doğulanların sayından ölənərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə ölçülür. Əhalinin təbii artımında əsas sıçrayış XX əsrin 60-cı illərində olmuşdur – 2%-dən çox (hər 1000 nəfərə 20 nəfərdən çox). Sonralar bu göstərici 2–1.5% və ya hər 1000 nəfərə görə 20–15 nəfər arasında olmuşdur. Qeyd edək ki, respublikamızda hər 1000 nəfərə təbii artım 19–20 nəfərdən 8–9 nəfərə enmişdir. Demoqraflar təbii artıma görə ölkələri 3 tipə bölürlər : I. Təbii artımın I tipi (müasir növ) – bu tipə aşağı ölüm, aşağı təbii artım aiddir. Bu tipə əsasən İEÖ bu tipə aiddir. Səbəb isə əhalinin sosial səviyyəsinin, tibbin, elmin, təhsilin səviyyəsinin yüksək olmasıdır.Hal-hazırda bu ölkələrdə təbii artım olduqca aşağı səviyyədədir. Buraya ABŞ, Albaniya istisna Avropa ölkələri, Kanada, Yaponiya, Avstraliya, Rusiya aiddir. II. Təbii artımın II tipi (ənənəvi növ) – Təbii artımın ənənvi növündə yüksək doğum, orta ölüm, yüksək artım müşahidə olunur. Bu tipə əsasən İOÖ aiddir. Buraya Afrika, Okeaniya, Asiya, Latın Amerikasını aid etmək olar. Burada təbii artım olduqca yüksəkdir. Dünya əhalisinin sayı əsasən bu ölkələrin hesabına artır. Ümumiyyətlə təbii artımın II tipində artımın yüksək olmasının səbələri : iqtisadiyyatın, təhsilin aşağı səviyyəsi, erkən yaşda evlənmə, səhiyyənin vəziyyətinin pis olması. Bu tip ölkələrə " Demoqrafik partlatış" xasdır. Misal olaraq Afrikada təbii artım 2.8–5%, Asiyada 1.4–2%, Latın Amerikasında 1.5–2.2%-dir. Təbii artımın I tipində isə artımın olduqca aqz olmasının səbəbləri urbanizasiya və müasir həyat tərzi, gec evlənmə, boşanma hallarının çox olması, təhsilin elmin yüksək səviyyədə olması. Səhiyyənin yüksək səviyyədə olmasıdır. Bu tip ölkələrə isə "Demoqrafik böhran" xasdır. Əhalinin müxtəlif səviyyədə təbii artımları bir çox hallarda ölkənin milli maraqlarına təhlükə yaradır. Bu zaman hökumət plkədə təbii artımça müvafiq olaraq demoqrafik siyasət yürüdür. Əsasən I tipə aid ölkələrdə təbii artımı yüksəltmək, II tipə aid ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət yeridilir. Misal olaraq ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq edilir. Hindistanda öz ölkəsində oxşar siyasətin tətbiqi haqqında düşünür. Amma Səudiyyə Ərəbistanı, Hollandiya ailədə doğulan ikinci uşağa görə həvəsləndirici təqaüd verir. Bu tip demoqrafik siyasəti Rusiya Federasiyası da etmək istəyir.
Region | 1500 | 1600 | 1700 | 1750 | 1800 | 1850 | 1900 | 1950 | 1999 | 2008 | 2050 | 2150 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dünya | 458 | 580 | 682 | 791 | 978 | 1,262 | 1,650 | 2,521 | 5,978 | 6,707 | 8,909 | 9,746 |
Afrika | 86 | 114 | 106 | 106 | 107 | 111 | 133 | 221 | 767 | 973 | 1,766 | 2,308 |
Asiya | 243 | 339 | 436 | 502 | 635 | 809 | 947 | 1,402 | 3,634 | 4,054 | 5,268 | 5,561 |
Avropa | 84 | 111 | 125 | 163 | 203 | 276 | 408 | 547 | 729 | 732 | 628 | 517 |
Latın Amerikası və Karib hövzəsi | 39 | 10 | 10 | 16 | 24 | 38 | 74 | 167 | 511 | 577 | 809 | 912 |
Şimali Amerika | 3 | 3 | 2 | 2 | 7 | 26 | 82 | 172 | 307 | 337 | 392 | 398 |
Okeaniya | 3 | 3 | 3 | 2 | 2 | 2 | 6 | 13 | 30 | 34 | 46 | 51 |
Dünya ölkələrində demoqrafik vəziyyətə təsir edən ikinci faktor mexaniki artımdır. Mexaniki artım dedikdə əhalinin miqrasiyası nəzərdə tutulur. Miqrasiya olduqca geniş anlayışdır. Miqrasiya əhalinin bir yerdən digər yerə hərəkətinə deyilir. Miqrasiyanın əsasə 2 növü var. 1. daxili miqrasiya, 2. xarici miqrasiya. Daxili miqrasiya ölkə daxilində bir bölgədən digər bölgəyə köçməyə deyilir. Xarici miqrasiya isə bir ölkədən başqa ölkəyə getməyə deyilir. Xarici miqrasiya öz növbəsində 2 yerə ayrılır. 1. Emiqrasiya, 2. İmiqrasiya. Bir ölkədən çıxıb getmək Emiqrasiya, başqa ölkədən bir ölkəyə gəlməlk immiqrasiya adlanır. Ölkədə immiqrantlarla emiqrantlar arasındakı fərq mexaniki artım adlanır. İmmiqrantların üstün olduğu mexaniki artım müsbət saldodadır, yəni burada ölkə əhalisi artır. Emiqantların üstün olduğu mexaniki artım isə mənfi saldodır. Yəni burada ölkə əhalisi azalır. Bunu da qeyd etmək lazımdır ki, bəzi ölkələrin milli strukturunun formalaşmasında miqrasiya başlıca rol oynamışdır. Məsələn : ABŞ, Kanada, Latın Amerikasının ölkələri, Avstraliya ittifaqı, Yeni Zelandiya, İsrail və s. Bu kimi ölkələr bəzi ədəbiyyatlarda "köçürmə ölkələri"-də adlanır. Hal-hazırda miqrasiya əsasən İOÖ-dən İEÖ-dir. Bunun əsas səbəbi İOÖ-də işsizlik və sosial-iqtisadi vəziyyətin ağırlığıdır.
Qitə adı | Sıxlıq (nəfər/km2) | Əhali (2011) | Əhalisi ən çox olan ölkə | Əhalisi ən çox olan şəhər |
---|---|---|---|---|
Asiya | 86.7 | 4,140,336,501 | Çin(1,341,403,687) | Tokio (37,730,064) |
Afrika | 32.7 | 994,527,534 | Nigeriya(152,217,341) | Qahirə (19,439,541) |
Avropa | 70 | 738,523,843 | Rusiya(142,905,200) | Moskva (14,837,510) |
Şimali Amerika | 22.9 | 528,720,588 | ABŞ(308,745,538) | Mexiko (21,163,226) |
Cənubi Amerika | 21.4 | 385,742,554 | Braziliya(190,732,694) | San-Paulu (19,672,582) |
Okeaniya | 4.25 | 36,102,071 | Avstraliya (22,612,355) | Sidney (4,575,532) |
Antarktida | 0 | 4,490 | Ross Dependensi (1,480) | Makmurdo Stansiyası |
Dünya əhalisinin irqi tərkibi
redaktəAntropoloqlar dünya əhalisini irqi tərkibinə görə üç əsas irqə bölürlər: 1. avropoid 2. monqoloid 3. neqroid
Böyük Coğrafi kəşflərə qədər avropoid irqi Avropa, Şimali Amerika, Hindistan, Yaxın və Orta Şərqdə yaranmışdır. Sonradan bütün dünyaya yayılmışdır. Monqoloid irqi, əsasən, Şərqi və Cənub-Şərqi Asiyada, Amerikada yerli hindular arasında yayılıb. Neqroid irqi isə Afrikada daha çox yaşayır. Bundan əlavə bəzi alimlər əlavə olaraq avstroloid irqini də ayırırlar. Buraya Avstraliya və Okeaniyanın, Cənub-Şərqi Asiyanın yerli əhalisinin bir hissəsi aiddir. Buna əlavə olaraq bu irqlər arasındada qarışıq irqlər də var. Avropoidlə Neqroidin qarışığından metis, avropoid və monqoloid irqinin qarışığı mulat, monqoloid və neqroid irqinin qarışığı isə sambo adlanır. Bu qarışıq irqlər əsasən Amerika qitəsində yayılıb. Bundan başqa dünya əhalisinin demoqrafiyasinda onların milli tərkibinin böyük rolu vardır. Etnik birliyin əsas əlamətəri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Hal-hazırda yer kürəsində 3–4 min xalq yaşayır. Bunların da çoxu azsaylıdır. Sayı 100 mln nəfərdən çox olan xalqar çin, hind, ərəb, türk, ingilis, rus, benqal, yapon, braziliya və s.-dır. Bunlar dünya əhalisinin 65% təşkil edir.
Dünya əhalisinin dil üzrə təsnifatı
redaktəDünya əhalisi linqvistik xüsusiyyətlərinə görə də bölünür. Bütün dillər qohumluq münasibətinə görə dil ailələrinə, dil ailələri də öz növbəsində dil qruplarına bölünür. Daha geniş yayılmış dil ailələri bunlardır: Hind-Avropa, Çin-Tibet, Malayziya-Polineziya, Sami-Hami, Bantu, Altay, Qafqaz, Ural, Niger-Kardofen və s.
Hind-Avropa dil ailəsində 2.5 mlrd-dan çox insan danışır. Bu dil ailəsi hind, iran, slavyan, roman, german dil qruplarına bölünür. Hind dil ailəsinə əsasən Hindistanda danışılan dillər aiddir. İran dil ailəsinə isə fars, əfqan, tacik, tat, puştu, beluc, kürd, talış dilləri aiddir. Slavyan dil qrupuna isə rus, ukraynalı, belarus, polyak, çek, slovak, bolqar, serb dilləri aiddir. Roman dil qrupuna isə fransız, italyan, ispan, portuqal, rumın dilləri daxildir. German dil qrupuna alman, ingilis, danimarkalı, norveç, island dilləri aiddir.
Bundan başqa Çin tibet dil ailəsi var. Burada olan çin dilində dünya əhalisinin 25% danışır. Bu dildə əsasən Çin, Koreya, Singapur, Tailand və Viyetnamda danışırlar.
Malay dili ailəsinə məxsus dillərdə əsasən Malayziya, İndoneziya, Filippində danışılır.
Sami-Hami dil ailəsi dünyanın ən qədim dil ailələrindəndir. Burada ərəb yəhudi dilləri var. Sami-Hami dil ailəsində əsasən ərəb ölkələri, İsrail və Maltada istifadə olunur.
Altay dil ailəsində isə yapon, türk və monqol dil qrupları mövcuddur. Türk dil qrupuna isə türk, azərbaycan, özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, uyğur, qaqauz və s. dillər aiddir.
Qafqaz dil ailəsinə ləzgi, udin, çeçen, avar, lak və inquş dilləri aiddir.
Ural dil ailəsinə finlər, macarlar, estonlar və saamilər aiddir.
Niger-Kardofen dil ailəsi Afrikada yayılmışdır.
Dünya əhalisinin din üzrə təsnifatı
redaktəDünya əhalisin din tərkibi də olduqca müxtəlifdir. Dinlər milli və dünyəvi dinlərə ayrılırlar. Dünya dinləri bir neçə xalqın sitayiş etdiyi dinlərdir. Dünya dinləri islam, xristianlıqdır. İslam əsasən Asiya və Şimali Afrikada geniş yayılıb. İslamın beşiyi Səudiyyə Ərəbistanında Məkkə və Mədinə şəhərləridir. Dünyada 50-dan artıq müsəlman ölkəsi vardır. Xristian dini isə əsasən Avropa, Amerika, Avstraliya və Yeni Zenlandiyada yayılmışdır. Bu din Katolik, Pravoslav, və Protestant təriqətlərinə bölünür. Katoliklərə əsasən İtaliya, İspaniya və Latın Amerikasında yaşayan müsəlmanlar itaət edir. Böyük Britaniya, ABŞ, Avstraliya, Yeni Zenlandiyada isə əsasən protestantlar yaranmışdır. Yunanıstan və Rusiyada isə Pravoslavlar çoxluq təşkil edir. Bundan başqa buddizm mərkəzi, cənubi və cənub-şərqi Asiya ölkələrində sitayiş olunur. Bir millətə məxsus olan milli dinlərdə var. Məsələn, Hindistanda – induizm, Çində – Konfisyanlıq, Yaponiyada – Sintoizm və İsraildə İudaizm var.
Dünya əhalisinin yaş və cins tərkibi
redaktəBunula yanaşı dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0–14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15–65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur. Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104–107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.
Dünya əhalisinin sıxlığı
redaktəDünya əhalisinin orta sıxlığı bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km² 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri Niderland və Almaniya tutur. Burada sıxlıq hər km² 2000 nəfərdir. Dünyanın ən çox sıx məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.
Mənbə
redaktə1. Coğrafiya. Nəriman Cəbralıyov
2. Coğrafiya. TQDK nəşri
3. Dünya ölkələri. Bakı. 2004
4. http://en.wikipedia.org/?q=World_population#cite_note-unpp-31
5. http://esa.un.org/unpp/ Arxivləşdirilib 2007-03-21 at the Wayback Machine