Dunya Tehsil Forumu - Wikipedia
Dünya Təhsil Forumu (ing. World Education Forum) — Dünyanın aparıcı təşkilatlarının təhsilə cəlb olunması istiqamətində fəaliyyət göstərən beynəlxalq qurum.
Tarixi
redaktəİlk Dünya Təhsil Forumu 2000-ci ilin aprelində Seneqalın paytaxtı Dakar şəhərində keçirilmişdir.[1] Bu Forumda BMT-nin 5 agentliyi – Dünya Bankı, UNESCO, UNİCEF, UNFPA və UNDP rəhbərlərinin iştirakı ilə çağırılmışdır.[2] Həmin forumda "Minilliyin İnkişaf Məqsədləri" müzakirə olunmuş və "Hamı üçün təhsil" sənədi qəbul edilmişdir.[3] İlk Forum yeni əsrdə təhsilin məqsədlərini və aktual problemlərini müəyyənləşdirmişdir.[4] Forum ayrı-seçkilikdən uzaq olan, müasir tələblərə çavab verən mükəmməl təhsil sisteminin formalaşmasını bir vəzifə kimi irəli sürmüş, hər bir ölkəyə öz milli proqramını hazırlamağı tövsiyə etmişdir.[4] Həmin forumda 180 ölkə rəsmi şəkildə 2015-ci ilə qədər bütün uşaqların təhsilə cəlb olunması öhdəliyini götürmüşdür.[2]
2015-ci ildə "Minilliyin İnkişaf Məqsədləri"nin icra müddəti başa çatmışdır.[3] Bu səbəbdən UNESCO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 2015-ci il, 19–22 may tarixlərində Koreya Respublikasının İnçon şəhərində ikinci Dünya Təhsil Forumu keçirilmiş və 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində "Davamlı İnkişaf Məqsədləri" müzakirə edilmişdir.[3]
İştirakçıları
redaktəForumda iştirak edən qurumlar sırasına böyük təşkilatlar daxildir: UNESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı.
İstinadlar
redaktə- ↑ "UNESCO - Education for All". UNESCO. 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ 1 2 Küçədən məktəbə — ailədən cəmiyyətə Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. ulfet-az.com, 11.02.2011 (az.)
- ↑ 1 2 3 Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edib [ölü keçid]. "Azərbaycan müəllimi" qəzeti, 23.05.2015, № 18, səh. 2. (az.)
- ↑ 1 2 TƏHSİL İŞÇİLƏRİNİN RESPUBLİKA MÜŞAVİRƏSİ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. azertag.az, 19.08.2001 (az.)