Demirci Palciq Vulkani - Wikipedia
Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı.[1]
Dəmirçi palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | palçıq vulkanı |
İlk püskürmə | 1958-ci il |
Son püskürmə | 2008-ci il 18 sentyabr |
Yerləşməsi | |
40°49′38″ şm. e. 48°35′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Haqqında
redaktəDəmirçi Azərbaycanda yeganə vulkandır ki, Şamaxı rayonunda sıx bitki örtüyü olan yüksəkliklərin əhatəsində yerləşir.[2] Vulkan Bakıdan 120 km şimal-qərbdə, eyni adlı kənddən 2.5 km cənub-şərqdə, Pirsaat çayının saö sahilindədir, nisbi hündürlüyü 20 m olan az qabarıqlı yüksəkliyi təşkil edir. Palçıq vulkanı örtüyü 12.*80m ölçülü sahəni tutur. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir. 1958, 2008-ci il-ci ildə püskürüb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Palçıq vulkanları. Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine mct.gov.az (az.)
- ↑ "Dünya palçıq vulkanlarının atlası (2015)". səh: 41. 2024-03-13 tarixində arxivləşdirilib.