Demirciler Demirciler Qazax - Wikipedia
Demirciler Demirciler Qazax - Wikipedia - Haqqında Məlumat
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd.
Dəmirçilər | |
---|---|
41°05′16″ şm. e. 45°15′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Coğrafiyası və iqlimi
redaktəKənd Coğaz çayının sahilində, dağın ətəyində yerləşir.
Toponimikası
redaktəKənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdir.[1] "Dəmirçilər" adında Qazax rayonunun Birinci Şıxslı inzibati ərazi dairəsində də kiçik kənd mövcud olmuş, 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
Əhalisi
redaktə2009-cu il əhalinin siyahıyaalınmasına əsasən kənddə 1489 nəfər əhali yaşayır. Əhalinin 736 nəfəri kişilər, 753 nəfəri qadınlardan ibarətdir.[2]
İstinadlar
redaktə- ↑ Dəmirçilər (Dəmirçilər, Qazax) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |