Demirciler Mehellesi - Wikipedia
Dəmirçilər məhəlləsi — Şuşanın yuxarı 8 məhəllələrindən biri.[1] Hər məhəllədə hamam, məscid və bulaq olduğu kimi Dəmirçilər məhəlləsinin də hamamı, məscidi, bulağı var idi.
Yaranma tarixi
redaktəPənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən Şuşanın şərq hissəsində Aşağı məhəllədən fərqli olaraq nisbətən dağlıq və sıx meşəli ərazidə 8 məhəllədən ibarət ikinci böyük Yuxarı məhəllənin təşkil olunması 1759–1805-ci illəri əhatə etməklə II dövrü təşkil edir.
Haqqında
redaktəMəhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdür.[2] Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Dəmirçilər məhəlləsində eyniadlı türk tayfasından olan dəmirçilər yaşayırdılar. Dəmirçilər "Şeytanbazar" ətrafında yaşayıb işləyirdilər.[3]
Toponomikası
redaktəMəhəllə dəmirçi peşə sahiblərinin, sənətkarlarının çoxluq təşkil etməsi baxımından, nəsillikcə dəmirçi peşəsinə məxsus, eyni adlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm olduğu məhəllə olduğundan adlandırılmışdır.[4]
İstinadlar
redaktə- ↑ "Şuşanın 17 məhəlləsinin hekayəsi". avropa.info. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2022.
- ↑ Чингиз Каджар. Старая Шуша. 96 стр.
- ↑ "Çingiz Qacar, Köhnə Şuşa, Şərq-Qərb, 2019, 344 səh" (PDF). www.ebooks.az. 2022-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyun 2022.
- ↑ "Şuşa toponiminin etimologiyası və onun məhəllələrinin tarixi". science.gov.az. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2022.