Demiroduncaqli Evkalipt - Wikipedia
Dəmiroduncaqlı evkalipt (lat. Eucalyptus sideroxylon) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Dəmiroduncaqlı evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dəmiroduncaqlı evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəVətəni Aralıq dənizi sahilləridir. Təbii halda cənub-şərqi və qərbi Avstraliya, Cənubi Uels və Kvinqled ştatlarında, dəniz səviyyəsindən 200–600 m yüksəklikdə olan yamaclarda yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 18–45 m olan ağacdır. Oduncağı qırmızı, sıx, möhkəm, sərt və sudan ağırdır. Gövdəsinin qabığı sərt, qalın, dəyişkəndir, belə ki, cavan vaхtı gümüşü-boz rəngdə, sonradan tünd qırmızı və ya qara rəngdə olur. Yarpaqları qarşı-qarşıya, cüt, lentvari və ya neştərvari, uzunluğu 4-8 sm, eni 0,5-1,5 sm, açıq boz rənglidir. Yaşlı yarpaqları qalın, oraqvari, dartılmışdır. Keçid dövründə yarpaqları budağın üzərində ardıcıl yerləşən, saplaqlı, neştər formalı, açıq bozumtul rəngli, 6-11 sm uzunluqda, 1-2 sm enində olur. Qönçələri saplaqlı, uzunluğu 12–15 mm, eni 7–10 mm, qapaqcığı konusvari, qısa və köndələn saplarla birləşmişdir. Çiçək çətiri qınlı, çiçəkləri 3-7 ədəd, saplaqları 1-2 sm uzunluqda, qırmızı rənglidir. Meyvələri saplaqlı, formaca yumurtavari və ya dairəvi olub, diametri 8–9 mm, incə diski vardır, qapaqcıqları basılmış haldadır.
Ekologiyası
redaktəRütubət sevən bitkidir, quru subtropik iqlim şəraitində becərilir.
Azərbaycanda yayılması
redaktəDendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya edilmişdir. Azərbaycanın bir çox bölgələrində mədəni səraitdə becərilir.
İstifadəsi
redaktəAbşeronun yaşıllaşdırılmasında istifadə üçün əlverişlidir.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Eucalyptus leucoxylon var. minor Benth.
- Eucalyptus sideroxylon subsp. improcera A.R.Bean
- Eucalyptus sideroxylon var. minor (Benth.) Maiden
- Eucalyptus sideroxylon var. rosea Rehder
İstinadlar
redaktə- ↑ Australian Plant Name Index (ing.).