Devexaraba - Wikipedia
Dəvəxaraba — İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı[1][2]Ermənistan Sovet Sosialist Respublikasında kənd.[3] Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Dəvəxaraba kəndi də onun tərkibinə qatılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı Avad olaraq dəyişdirilmişdi.[4] 1 yanvar, 1948-ci il vəziyyətinə görə Dəvəxaraba kəndi Kənkan və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixə 48[5] km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²)[5] 5,45%-ni təşkil edirdi. Dəvəxaraba kəndi 1967-ci ildə ləğv edilmişdir.
kənd | |
Dəvəxaraba | |
---|---|
40°20′ şm. e. 44°43′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Qırxbulaq mahalı |
Rayon | Ellər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Toponimi
redaktəToponim "dağ aşırımı, hündür dağ keçidi", "təpə", mənasında işlənən dəvə (dava/daba) sözü ilə, "dağıdılmış" mənasında işlənən xaraba sözünün birləşməsindən əmələ gəlmişdir, orotoponimdir. Türk dillərində tava "bitkisiz", quru otlu "yеr" sözündəndir. Azərbaycanda Alatava toponimi ilə mə'naca eynidir. Ermənicə Avad adlandırılmışdır.[6]
Əhali
redaktə1873-cü ildə 161 nəfər, 1886-cı ildə 305 nəfər, 1897-ci ildə 356 nəfər, 1914-cü ildə 475 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə kürdlər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kürdlərlə yanaşı 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır.1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş, Türkiyədən gəlmə yezid kürdləri yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndli əhalisi kürd idi[7][8]. Əsli Tava-Xaraba.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта государственных крестьян Закавказского края". том. IV. Тифлис, 1886.
- ↑ Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın Türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 70
- ↑ 1 2 Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 39
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәрмирлигышлаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта государственных крестьян Закавказского края". том. IV. Тифлис, 1886.
- ↑ Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.