Deyanet Osmanli - Wikipedia
Dəyanət Osmanlı[1] (əsl adı: Dəyanət Osman oğlu Bayramov[2]; 16 iyun 1965, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan şairi, publisisti[3] və jurnalisti.[4] O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.[5]
Dəyanət Osmanlı | |
---|---|
Doğum tarixi | 16 iyun 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, jurnalist |
Həyatı
redaktəDəyanət Osman oğlu Bayramov 16 iyun 1965-ci il tarixində SSRİ respublikalarından olan Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. O, 1972-ci ildə Saraçlı orta məktəbində təhsil almış,[6] bir il sonra Azərbaycana köçərək Sumqayıtda Xovlu iplik fabrikində işləmişdir. Osmanlı SSRİ Silahlı Qüvvələrində xidmət etdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə oradan məzun olmuşdur.[2]
Fəaliyyəti
redaktəDəyanət Osmanlının ilk şeirləri 1989-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində və "Ulduz" jurnalında dərc olunmuşdur. Bundan sonra o, "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. Osmanlı əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. O, sonradan "Fəryad" qəzetində şöbə redaktoru (1990–1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992–2005) vəzifəsində çalışmışdır.[2] Osmanlı 1992-cü ildə "Avanqard" Ədəbi Birliyini yaratmış və ona rəhbərlik etmişdir. O, 1995-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.[7] Osmanlı Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktorudur.[8] O həmçinin, "Türk Dünyası İnfo" İctimai Birliyinin sədridir.[9]
Dəyanət Osmanlının şeirləri bir sıra xarici jurnallarda yayımlanmışdır.[7]
Şəxsi həyatı
redaktəDəyanət Osmanlı evlidir. Onun üç uşağı var.[10]
İstinadlar
redaktə- ↑ "Dəyanət Osmanlı — 55". Atəş.az (az.). 16 iyun 2020. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ 1 2 3 "Bayramov Dəyanət Osman oğlu". Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı (az.). "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi. 13 yanvar 2014. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ "Yazıçılar Birliyində vəziyyətlə bağlı daha bir müzakirə... - Dəyanət Osmanlı - MÜSAHİBƏ". Aqreqator.az (az.). 11 sentyabr 2019. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ Faxralı, Rəşid. "Dəyanət Osmanlının şeirləri - obrazlar qalareyası". Dəlidağ.az (az.). 12 iyun 2020. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ "Dəyanət OSMANLI.Yeni şeirlər". "Gündəlik" İnformasiya Agentliyi (az.). 17 noyabr 2018. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ "Dəyanət Osmanlı: "Məktəbi bitirənədək ədəbiyyat müəllimi məni danışdırmadı"". Üç nöqtə (az.). 11 yanvar 2018. səh. 10. 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ 1 2 "DƏYANƏT OSMANLI (1965)". Ziya İnformasiya Mərkəzi (az.). 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ ""Mintimerin kölgesi" kitabı türk dilində". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 2 dekabr 2019. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ ""Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolları" adlı kitab çapdan çıxıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 12 iyul 2017. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.
- ↑ Abdin, Tofiq. "Oralarda kimlər var:YAZAR AİLƏLƏR". 525-ci qəzet (az.). 20 avqust 2011. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2021.