Dvd - Wikipedia
DVD (di-vi-di, ing. Digital Versatile Disc — rəqəmsal çoxməqsədli disk) rəqəmsal yaddaş mediumunda informasiya daşıyıcısı. Xarici görünüşünə görə kompakt disklə (CD) oxşarlığı olsa da daha böyük həcmdə informasiya saxlamaq (məsələn, 4,7 GB) qabiliyyətinə malikdir. Buna kompakt disklərə nisbətən informasiyanı lazer şüaları ilə daha qısa dalğa uzunluğunda yazmaq imkan verir. Hazırda "DVD" dedikdə həm də filmlərin DVD-Video formatında olması nəzərdə tutulur.
Tarixi
redaktəİlk DVD texnikası 1996-cı ildə Yaponiyada və bir il sonra ABŞ-də çıxmışdır. 1990-cı illərin əvvəlindən yüksək sıxlığa malik informasiyaların optik daşıyıcıları üzərində işlər aparılırdı. Bir varantı "Multimedia Compact Disc" (MMCD) Philipps və Sony tərəfindən, digəri "Super Disc" 8 böyük müəssisələrin, o cümlədn Toshiba və Tine Warner firmlaraının iştirakı ilə işlənirirdi.
Rəsmi olaraq DVD disklər 1995-ci ildə nümayiş etdirilir. İlk DVD spesifikasiyası 1996-cı ildə çap olunur. Sonralar bu spesifikasiyaları zənginləşdirmək üçün 10 şirkətdən ibarət DVD forum yaradılır. İlk DVD. R formatında yazan qurğu Pioneer tərəfindən 1997-ci ildə buraxılır. Onun qiyməti 17 min dolar idi. 50 Gb həcmində DVD boş disklərinin qiyməti isə o vaxt 50 dollar idi. İlk vaxtlarda DVD rəqəmli videodisk "Digital Video Disc" kimi adlanır, çünki o vaxt bu videokassetlərin əvəzləyicisi kimi tətbiq olunmağa başalyır. Sonralar DVD-lərin başqa verilənlərin saxlanmasında da tətbiqi aşkar olunur və bu məqsədlə də DVD-dən istifadə olunmağa başlayır. Ondan sonra DVD-ni həm də çoxməqsədli rəqəmli disk "Digital Versatile Disc " kimi adlandırmağa başlayırlar.
Texniki göstəriciləri
redaktəDVD verilınlərin strukturuna görə üç növə bölünür:
- DVD-Video — filmlərin saxlanması üçün (video və səs);
- DVD-Audio — audio verilənlərin yüksək keyfiyyətlə yazılması (CD-dən qat-qat yüksək keyfiyyətdə);
- DVD-Data — istənilən veriləni saxlamaq üçün;
DVD daşıyıcı kimi dörd tipə bölünür:
- DVD-ROM — ijeksiyon tökmə üsulu ilə hazırlanmış disk,
- DVD+R/RW — bir dəfə yazılabilən (R — Recordable) və təkrar yazılabilən (RW — ReWritable);
- DVD-R/RW — bir dəfə yazılabilən (R — Recordable) və təkrar yazılabilən (RW — ReWritable);
- DVD-RAM — təkrar yazılabilən disklər(RAM — Random Access Memory).
Bu disklərə yuxarıda göstərilmiş istənilən struksturda informasiya yazmaq olar.
DVD diskləri bir və ya iki işçi səthə malik olurlar. Bundan asılı olaraq DVD disklərin həcmi də müxtəlif olurlar. Buradan da onların adları (DVD-5, −9, −10, −18) yaranmışdır. İki qatlı DVD-R və DVD-RW ilk dəfə 2004-cü ilin sonunda işıq üzü görmüşdür.
DVD-disklərinin həcmi | Gigabaytla (109 bayt) |
Gibibaytla (230 bayt) |
---|---|---|
1-tərəfli 1-qatlı (DVD-5) | 4,7 | 4,38 |
1-tərəfli 2-qatlı (DVD-9) | 8,5 | 7,96 |
2-tərəfli 1-qatlı (DVD-10) | 9,4 | 8,75 |
2-tərəfli 2-qatlı (DVD-18) | 17,1 | 15,93 |
DVD video
redaktəDVD videonu göstərmək üçün DVD qurğusu və MPEg-2 dekoderi tələb olunur. DVD-də yazılmış filmlər video və səs formatları üçün MPEG-2 alqoritmlərinin tətbiqi ilə sıxılmış şəkildə yazılır. Sıxılmış videonun bitreyti 2000–9800 Kbt/s arasında yerləşir. PAl sistemində standart video kadrının ölçüsü 750x576 nöqtə, NTSC-də isə 720x480 nöqtədir. Audio verilənlər DVd filmlərində PCM, DTS, MPEG və ya Dolby Digital (AC-3) formatlarında ola bilər. NTSC tətbiq olunan dövlətlərdə DVD filmlər PCM və AC-3 formatında yazılmalıdırlar. Beləlikllə, istənilən standart disk istənilən standart apparatda istifadə edilə bilər. PAL istemini tətbiq edən ölkələrdə (Avropanın bir çox ölkələri) isə əvvəlcə DVd formatı üçün PCM və MPEG-2 formatını tətbiq etmək istəyirlər, ancaq sonra ümumi təzyiqin nəticəsində və PHillips firmasının arzusi ilə DVD forum Dolbz AC-3 formatını ümu formatlar siyahısına daxil edir.
Həmçinin bax
redaktəMənbə
redaktə- Hartmut Gieselmann: Gegen das Vergessen. US-Forscher prüfen Lebensdauer von [beschreibbaren] CDs und DVDs. in: c't. 22. 2005, 1, S. 44. ISSN 0724–8679
- Jim Taylor: DVD Demystified. McGraw-Hill, New York ³2006 (englisch mit DVD). ISBN 0-07-142396-6