Giriş Qeydiyyat Saytda Axtar

Dagliq Qarabagin Etrafinda Ermenistan Isgali Altinda Olan Azerbaycan Erazileri - Wikipedia

SexStory.Biz - Erotik Hekayeler
Ucuz Reklam yerləşdir
Gecemiz.Az - N1 Azeri Chat Tanisliq
Dagliq Qarabagin Etrafinda Ermenistan Isgali Altinda Olan Azerbaycan Erazileri - Wikipedia - Haqqında Məlumat
Ana Səhifə - Dagliq Qarabagin Etrafinda Ermenistan Isgali Altinda Olan Azerbaycan Erazileri

Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi.[1]

  Dağlıq Qarabağ
  Onun ətrafındakı 7 rayon
Zolaqlı sahələr − erməni separatçıları tərəfindən iddia edilən ərazilərdir (12.05.1994–27.09.2020)

Ərazilər haqqında ümumi məlumat

12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar:

  • Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
  • Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[3]
  • Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.[4]
  • Cəbrayıl rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı, İkinci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
  • Zəngilan rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 29.10.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. İkinci Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun inzibati mərkəzi olan Zəngilan şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
  • Ağdam rayonu — 1992–1993-cü illərdə ərazisinin 77 faizi (o cümlədən 23.07.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 22 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
  • Füzuli rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı ərazinin üçdə ikisi işğaldan azad edilmişdir. Ən sonuncu yaşayış məntəqəsi isə Mirzənağılı kəndi idi. İkinci Qarabağ müharibəsi nəticəsində isə bütün qalan ərazisi işğaldan azad edilimişdir. 17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.

İşğal olunmuş ərazilərin sahəsi və əhalisi

 

İşğal olunmuş DQMV ərazisi (açıq qırmızı rənglə göstərilib) və ətraf rayonların xəritəsi (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən)
1. Kəlbəcər rayonu
2. Laçın rayonu
3. Qubadlı rayonu
4. Zəngilan rayonu
5. Cəbrayıl rayonu
6. Füzuli rayonu
7. Ağdam rayonu
Birinci Qarabağ müharibəsi (1988–1994) nəticəsində Azərbaycanın tam və ya bir hissəsi işğal olunmuş və 27.09.2020-ci i tarixinədək işğal altında qalmış inzibati ərazi vahidləri (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən)
№ İnzibati ərazi vahidinin adı Ərazisinin ümumi sahəsi (km2)[5] Ərazisinin Ermənistan nəzarətinə keçmiş hissəsi, km2 Ərazisinin Ermənistan nəzarətində keçmiş hissəsi, %-lə Ümumi əhalisi 1989[6]
1 DQMV 4388 km2 4388 km2 100% 187769
2 Kəlbəcər rayonu 1936 km2 1936 km2 100% 43,713
3 Laçın rayonu 1835 km2 1835 km2 100% 47,339
4 Qubadlı rayonu 802 km2 802 km2 100% 28,110
5 Zəngilan rayonu 707 km2 707 km2 100% 32,698
6 Cəbrayıl rayonu 1050 km2 1050 km2 100% 49,156
7 Füzuli rayonu 1386 km2 462 km2 33% 89,417
8 Ağdam rayonu 1094 km2 842 km2 77% 131,293
Cəmi 13,198 km2 12,022 km2 91% 609,495
DQMV ətrafında olan, ərazisi tam və ya qismən işğal olunmuş rayonların əhalisinin etnik tərkibi, % (nəfər), 1979[7][8]
Azərbaycanlılar Ermənilər Ləzgilər Ruslar Kürdlər Cəmi
Kəlbəcər rayonu 99,5% (40,329) 0,1% (49) 0,1%(30) 0,1% (46) 0.1 (4) 100% (40,516)
Laçın rayonu 94,5% (44,665) 0,1% (34) 0,1% (23) 0,1% (28) 5,2% (2,437) 100% (47,261)
Qubadlı rayonu 95,5% (26,537) 0,1% (26) 0.1% (21) 1,4% (312) 0 100% (26,673)
Cəbrayıl rayonu 98,5% (42,415) 0.1% (41) 0,1% (33) 1% (434) 0 100% (43,047)
Zəngilan rayonu 97,6% (28,685) 0.1% (35) 0,1% (19) 2,0% (590) 0 100% (29,377)
Füzuli rayonu 96,6% (73,464) 1.1% (833) 0,1% (39) 2,0% (1,544) 0 100% (76,013)
Ağdam rayonu 99,0% (107,493) 0.4% (387) 0,1% (95) 0,4% (398) 0 100% (108,554)
Cəmi 97,9% (363,588) 0,4% (1,405) 0,1% (260) 0,9% (3,352) 0,7% (2,441) 100% (371,441)

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ "Вафа Гулузаде Среди врагов и друзей". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-11.
  2. ↑ 1 2 "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı −13.10.1992". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  3. ↑ "Prezident İlham Əliyev: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq - azertag.az". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  4. ↑ İlham Əliyev. "İlham Əliyevin Tviti" (az.). İlham Əliyev. 2020. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  5. ↑ Азербайджанская ССР - Административно-территориальное деление (Russian). Baku: Azgoisdat (Азгоиздат). 1979.
  6. ↑ "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru (rus). 22 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2020.
  7. ↑ "население азербайджана". www.ethno-kavkaz.narod.ru. 28 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2020.
  8. ↑ РГАЭ, ф. 1562, оп. 336, д. 999, 1244, 1565, 1566-д, 1567, 5925, 7879
Mənbə — "https://az.wikipedia.org/?q=Dağlıq_Qarabağın_ətrafında_Ermənistan_işğalı_altında_olan_Azərbaycan_əraziləri&oldid=6718690"
Tanışlıq · Forum · Oyun · Yükləmə · Master · Hekayə
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/60
MobTop.az Statok.net
DMCA.com Protection Status