Dasalti Dovlet Tebiet Yasaqligi - Wikipedia
Daşaltı Dövlət Təbiət Yasaqlığı – 24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. 1981-ci ildə Şuşa və Əskəran rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 1992-ci ildən Ermənistanın işğalı müddətində tamamilə məhv edilmişdi. [1] 14 iyun 2024-cü ildə yasaqlığın bərpa olunması barədə qərar qəbul olunmuşdur.[2]
Daşaltı Dövlət Təbiət Yasaqlığı | |
---|---|
Sahəsi | 450 ha |
Yaradılma tarixi | 24 noyabr 1981 |
İdarəetmə orqanı | AETSN |
Florası | palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça |
Faunası | cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal |
Yerləşməsi | |
39°45′48″ şm. e. 46°45′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şuşa |
|
Ərazisi
redaktəŞuşa və Xocalı ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlığ 450 hektar ərazini əhatə edir. Qoruğun ərazisinə Topxana meşəsi, Kirs dağının ərazisi, Cıdır düzü, Xocalı rayonunun qala divarları daxildir. Ərazidə triton əsrinə aid "Xan mağarası" təbiət abidəsi vardır.Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.[3][4]
Florası
redaktəYasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir.[5]
Faunası
redaktəBurada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır.[6]
İstinadlar
redaktə- ↑ "Şuşada nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Daşaltı Dövlət Təbiət Yasaqlığı tamamilə məhv edilib". www.azerbaijan-news.az. 7 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
- ↑ "Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək". Oxu.az. 14 iyun 2024. 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI" (PDF). files.preslib.az. 3 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 may 2022.
- ↑ "Azad edilən ərazilərdə 2 dövlət təbiət qoruğu və 4 yasaqlıq var". report.az. 19 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
- ↑ "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.
- ↑ "Şuşanın flora və faunası". xalqqazeti.com. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
Xarici keçidlər
redaktə- Azərbaycanın Dövlət Təbiət Yasaqlıqları [ölü keçid]
- "Yasaqlıqlar". eco.gov.az. İstifadə tarixi: 19 may 2022.
- "Dövlət Təbiət Yasaqlıqları". biodiversity.az. İstifadə tarixi: 19 may 2022.
- "Daşaltı Dövlət Təbiət Yasaqlığı". azerbaijan.az. İstifadə tarixi: 19 may 2022.
- "Dövlət Təbiət Yasaqlıqları". biodiversity.az. İstifadə tarixi: 18 avq 2022.
- "Daşaltı Dövlət Təbiət Yasaqlığı". eco.gov.az. İstifadə tarixi: 18 avq 2022.